Xəbərlər
ABFTC-nin ən son xəbərləri, tədbirləri və elanları

Məktəblilərarası Maliyyə Savadlılığı Viktorinasının yarımfinal mərhələsi başa çatdı
13–15 yaşlı məktəblilər arasında təşkil olunan Maliyyə Savadlılığı Viktorinasının yarımfinal mərhələsi uğurla yekunlaşıb. Layihə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA), həmçinin Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilati dəstəyi və ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə həyata keçirilir. Viktorinanın əsas məqsədi məktəblilər arasında maliyyə savadlılığının artırılması, şəxsi ma

”Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 26-27 noyabr 2025-ci il tarixlərində ABA-nın “Maliyyə və mühasibatlıq Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Maliyyə planlaşdırılması və büdcələşdirmə: Sıfır əsaslı büdcələşdirmə, strateji maliyyə […]

Məktəblilərarası Maliyyə Savadlılığı Viktorinasına Qeydiyyat Başladı!
“Maliyyə Savadlılığı Viktorinası” 13–15 yaş arası məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirilən bilik yarışıdır. Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi, eləcə də ölkədə fəaliyyət göstərən bankların tərəfdaşlığı ilə təşkil olunur.Viktorinanın qalibləri müxtəlif dəyərli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.

ABA-nın “Pərakəndə bankçılıq üzrə Ekspert Qrupu”nun Polşa səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Polşa Banklar Assosiasiyasının dəstəyi ilə 23-24 oktyabr 2025-ci il tarixlərində ABA-nın “Pərakəndə bankçılıq üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Polşa Respublikasının Varşava şəhərinə səfəri başa çatmışdır. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Müştəri […]

ABA-nın “ Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun Dubay səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 14-16 oktyabr 2025-ci il tarixlərində ABA-nın “Hüquq Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başa çatmışdır. Səfər çərçivəsində iştirakçılar BƏƏ-nin […]

Strateji idarəetmə və strategiya ofisi üzrə Türkiyə səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 9-10 oktyabr 2025-ci il tarixində “strateji idarəetmə və staregiya ofisi” mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün təşkil edilən İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Bankın strategiya ofisinin fəaliyyəti və iş prinsipi; Yeni məhsullar, xidmət modelləri və texnologiyaların […]

Satınalma üzrə Türkiyə səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 7-8 oktyabr 2025-ci il tarixində “satınalma” mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün təşkil edilən İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar Türkiyənin aparıcı banklarının satınalmanın rəqəmsallaşdırılması üsulları, ESG kimi müasir tendensiyaların tətbiqi, beynəlxalq nəzəriyyələrin praktikada tətbiqi, dələduzluq hallarının aşkarlanması və risklərin

“From Insight to Impact: Mastering ESG for Future-Ready Management” mövzusunda təlim təşkil edilib
4 oktyabr 2025-ci il tarixində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank sektorunda dayanıqlı inkişaf və ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsiplərinin tətbiqinin təşviqi məqsədilə “From Insight to Impact: Mastering ESG for Future-Ready Management” mövzusunda təlim təşkil edilib. Təlim çərçivəsində iştirakçılara ESG hadisələri və davamlılığın inkişafında əsas mərhələlər, korporativ davamlılıq üzrə əsas […]

“Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 30 sentyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank nümayəndələri üçün növbəti “Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib. Təlim Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Bank sektoru üzrə […]

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi “Bilik səfəri” layihəsinin tərəfdaşı kimi çıxış edir
18 sentyabr 2025-ci il tarixində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi ölkənin regional inkişafına dəstək məqsədilə həyata keçirilən “Bilik səfəri” layihəsinin tərəfdaşı qismində çıxış edib və layihənin Gəncədə baş tutan açılış mərasimində iştirak edib. Açılış mərasimində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin biznesin inkişafı meneceri Nəriman İmranov da iştirak edərək, Mərkəzin təşəbbüsə verdiyi dəstəyin əhəmiyyətini […]

“Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 16 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank nümayəndələri üçün “Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib. Təlim Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Bank sektoru üzrə təklifi […]

Subsidiya mexanizmləri və təchizat zəncirinin maliyyələşdirilməsi platformaları üzrə Qazaxıstan səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 2-3 iyul 2025-ci il tarixində Subsidiya mexanizmləri və təchizat zəncirinin maliyyələşdirilməsi platformaları mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti “DAMU” Sahibkarlığın İnkişafı Fondu, Bank Center Credit (BCC) və Bereke Bank kimi aparıcı maliyyə qurumlarının […]

Problemli kreditlərin idarə edilməsi üzrə Qazaxıstan səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 2-3 iyul 2025-ci il tarixində Problemli kreditlərin idarə edilməsi mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti Bank Center Credit (BCC), Halyk Bank, Otbasy Bank və Bereke Bank kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından […]

ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır
ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 19-20 iyun 2025-ci il tarixlərində ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla […]

“Kredit bazarında rəqabət analizi” təlimi keçirilmişdir
31 may-1 iyun 2025-ci il tarixlərində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı ilə “Kredit bazarında rəqabət analizi” təlimi keçirilmişdir. Tədbirdə bankların 20-yə yaxın nümayəndəsi iştirak etmişdir. Uzunmüddətdir Türkiyə bazarında təlim və məsləhət xidmətləri təklif edən Çiğdem Güven tərəfindən təlim iştirakçılarına kredit bazarında rəqabəti necə təhlil edilməsinin effektiv üsullarını, xüsusilə biznes kreditləşməsi üzrə Azərbaycan-Türkiyə […]

ABA-nın “Daxili Audit Ekspert Qrupu”nun Budapeşt-Vyana səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 21-23 may 2025-ci il tarixində ABA-nın “Daxili Audit Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Budapeşt-Vyana şəhərlərinə səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti OTP Bank, Unicredit, Vakif Bank International AG kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış […]

Müştəri münasibətləri və şikayətlərin idarə edilməsi üzrə Macarıstan səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 19-20 may 2025-ci il tarixində Müştəri münasibətləri və şikayətlərin idarə edilməsi mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Macarsıtan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti Erste Bank Hungary Plc, MHB Bank, Raiffeisen Bank və K&H Bank kimi aparıcı maliyyə qurumlarının təcrübələri […]

Kənd təsərrüfatı kreditləşməsi üzrə Qazaxıstan səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 5-6 may 2025-ci il tarixində kənd təsərrüfatı kreditləşməsi mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti “DAMU” Sahibkarlığın İnkişafı Fondu ASC, Bereke Bank və Bank CenterCredit (BCC) kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış […]

İstehlak və ipoteka kreditləri üzrə Gürcüstan səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 29-30 aprel 2025-ci il istehlak və ipoteka kreditləri mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün təşkil edilən Gürcüstan Respublikasına səfər təşkil edilmişdir. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. İstehlak krediti; Müştəri təcrübəsinin artırılması; Kreditin təsdiqi prosesinin təkmilləşdirilməsi; Satışda texnologiya inteqrasiyası; Satış k

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi 25-illiyini uğurla qeyd edir
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABMTM) bundan 25 il əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankının və Avropa Birliyinin TACIS proqramının dəstəyi ilə yaradılmışdır. Bu illər ərzində 38000-dən çox iştirakçısı olmuş geniş çeşidli ixtisas artırma təlimlə ilə yanaşı peşə və şəxsi keyfiyyətlərin qiymətləndirilməsi üzrə 75-dən çox test layihələri həyata keçirilib və bunlarda 40000-çox şəxs iştirak edib. […]

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq üzrə üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 11-12 fevral 2025-ci il ABA-nın “ESİ və Dayanıqlı bankçılıq üzrə üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Dayaqnıqlı maliyyələşdirmənin artırılması yolları və maliyyə səfərbərliyi kanalları; Korporativ səviyyədə […]

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başa çatmışdır
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 5-6 fevral 2025-ci il tarixlərində ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başa çatmışdır. Səfər çərçivəsində iştirakçılar […]

Nəriman İmranov 93 FM-də “Sağlam Təhsil” verilişinə müsahibə verib
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) Biznesin İnkişafı Meneceri Nəriman İmranov 93 FM-də yayımlanan “Sağlam Təhsil” verilişinə təlim sektoru ilə bağlı müsahibə verib. Müsahibə zamanı ilk olaraq ölkəmizdə təlim sektorunun cari vəziyyəti haqqında fikirlərini bölüşmüşdür. Bununla yanaşı, ABMTM-in tarixi, inkişafı yolu, cari təlim proqramları və gələcək strateji dövrdə ABMTM-in maliyyə sektoru üçün vahid tədris […]

Məlumat Mərkəzinin idarə edilməsi üzrə Türkiyə təcrübəsi öyrənilmişdir
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 19-20 dekabr 2024-cü il tarixlərində müştəri məlumat mərkəzi mövzusunda bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir: İş Bankası; Ziraat Bankası; Deniz Bankası. Səfər çərçivəsində […]

ABFTC tərəfindən “Təchizat zəncirinin maliyyələşməsi (TZM) mexanizmi” mövzusunda təlim keçirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, ABA və onun törəmə müəssisəsi olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən müvafiq dəstək tədbirləri görülür. Bu prosesin davamı olaraq, 27 noyabr 2024-cü il tarixlərində ABFTC tərəfindən “Təchizat zəncirinin maliyyələşməsi (TZM) mexanizmi” mövzusunda təlim keçirilmişdir. Baş […]

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu” Malayziya bankları ilə görüşlər keçirmişdir
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 19-21 noyabr 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların hüquqi məsələlər üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Kuala Lumpura səfəri baş tutmuşdur. Səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir: Bank Islam […]

Biznes kreditləşməsi və təhlil üzrə Türkiyə təcrübəsi öyrənilmişdir
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Bankalar Birliyinin dəstəyi ilə 14-15 noyabr 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların biznes kreditləşməsi üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. 13 nəfərlik iştirakçı qrupu ilə təşkil edilmiş 2 günlük səfər çərçivəsində aşağıdakı qurumların bu […]

ABA-ya üzv bankların Kənd təsərrüfatı kreditləşməsi üzrə mütəxəssislərinin Türkiyə Cümhuriyyətinə səfəri təşkil edilmişdir
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının, dəstəyi ilə 23-24 oktyabr 2024-cü il tarixlərində, ABA-ya üzv bankların kənd təsərrüfatı kreditləşməsi üzrə mütəxəssislərinin, o cümldən Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondunun və bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbul səfəri baş tutmuşdur. 23 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş səfər […]

ABFTC tərəfindən “Kredit monitorinqi və portfelin idarə edilməsi” və “MKOB-ların Kreditləşməsi: Hesabat və sənədləşdirmə” mövzularında təlimlər keçirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, ABA və onun törəmə müəssisəsi olan ABFTC tərəfindən müvafiq dəstək tədbirləri görülür. Bu prosesin davamı olaraq, 24-25 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən “Kredit monitorinqi və portfelin idarə edilməsi” və “MKOB-ların Kreditləşməsi: […]

“Green Banking for Azerbaijan: Navigating ESG & COP29” təlimi keçirilmişdir
19-20 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı və “Grant Thornton” şirkətinin dəstəyi ilə BƏƏ ekspertlərinin təqdimatında “Green Banking for Azerbaijan: Navigating ESG & COP29” təlimi baş tutmuşdur. Məlum olduğu kimi, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin tərəfindən bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilməkdədir. Belə təlimlərin davamı olaraq […]

Kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb.
Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb. Təlimin açılış mərasimində çıxış edən Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva bildirib ki, ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası qaydasında kommersiya […]

ABFTC tərəfindən “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi” və “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uyğunluq” mövzularında təlimlər keçirilib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, ABA və onun törəmə müəssisəsi olan ABFTC tərəfindən müvafiq dəstək tədbirləri görülür. Bu prosesin davamı olaraq, 26-27 sentyabr 2024-cü il tarixlərində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi” və “MKOB Kreditləşməsi tənzimləmə […]

ABA-nın “Risklərin İdarə Edilməsi Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır.
Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 1-3 oktyabr 2024-cü il ABA-nın “Risklərin İdarə Edilməsi Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Agile mühitdə risklərin idarə edilməsi. Əməliyyat riskinə qabaqcıl yanaşmalar. Risklərin idarə […]

ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin Türkiyə Cümhuriyyətinə səfəri təşkil edilmişdir.
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Bankalar Birliyinin dəstəyi ilə 24-25 iyul 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. 30 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş 2 günlük səfər çərçivəsində aşağıdakı qurumların […]

“ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun üzvlərinin Tbilisiyə işgüzar səfəri təşkil edilib
29-30 iyul 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun üzvlərinin, həmçinin bankların bu istiqamətdəki əlaqədar rəhbər şəxslərinin iştirakı ilə Gürcüstanın Tbilisi şəhərinə, həm təcrübə mübadiləsi, həm də təlim məqsədi ilə səfəri təşkil edilib. İşgüzar səfər Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA), Beynəlxalq Maliyyə […]

ABTC tərəfindən “MKOB subyektlərinin maliyyələşdirilməsi” və “Anderraytinq prinsipləri” mövzularında təlimlər keçirilib
15-16 iyul 2024-cü il tarixlərində Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) tərəfindən “MKOB subyektlərinin maliyyələşdirilməsi” və “Anderraytinq prinsipləri” mövzularında təlimlər keçirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, ABA və onun törəmə müəssisəsi olan ABTC tərəfindən müvafiq dəstək tədbirləri görülür. Təlim Proqramı bu tədbirlər çərçivəsində MKOB […]

ABA-nın “Komplayens üzrə Ekspert Qrupu”nun Qazaxıstan səfəri başa çatmışdır
Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Qazaxıstan Banklar Assosiasiyasının dəstəyi ilə 13-14 iyun 2024-cü il tarixlərində ABA-nın “Komplayens üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki rəhbər şəxslərinin Qazaxıstan Respublikasının Almatı şəhərinə səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar Qazaxıstanın aparıcı banklarının aşağıdakı mövzular üzrə təcrübəsi ilə tanış olmuşlar: […]

ABA-nın “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 5-7 iyun 2024-cü il tarixlərində ABA-nın “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar “Müştəri şikayətlərinin idarə edilməsi, operativ cavablandırma üsulları və baştan sona prosesin təsviri”, “Müştəri […]

ABA-nın “Satınalmalar departamenti”nin üzvlərinin Türkiyə səfəri başa çatmışdır
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Banklar Birliyinin dəstəyi ilə 3-4 iyun 2024-cü il tarixlərində ABB-nin satınalmalar departamentinin üzvlərinin İstanbula səfəri başa çatmışdır. Səfər zamanı bir sıra mövzular müzakirə edilmişdir. İlk olaraq, Türkiyə banklarında satınalma prosedurlarının rəqəmsallaşdırılması və istifadə olunan virtual platformalar haqqında məlumat verilmişdir. Bundan əlavə, xarici və daxili […]

II Kredit Qərarının Verilməsi Simulyasiyası keçirilmişdir
1-2 iyun 2024-cü il tarixlərində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) və Lukwise şirkətinin birgə təşkilatçılığı ilə yüksək marağı nəzərə alaraq, Kredit Qərarının Verilməsi Simulyasiyası yenidən təşkil edilmişdir. Simulyasiya çərçivəsində real hadisələr üzərində qurulmuş 9 qəliz kredit qərarının verilməsi üzrə 3 süni kredit komitəsi, həm də iştirakçılar arasında oyun təşkil edilmişdir. İştirakçılar verilən sənədləri araşdırmaqla və […]

Azərbaycan bankları təcrübə mübadiləsi üçün Rusiyaya səfər edib
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Rusiya Banklar Assosiasiyasının dəstəyi ilə 28-31 may 2024-cü il tarixlərində ABA-nın kredit işi üzrə Ekjspert Qrupunun Moskva səfərinə təcrübə mübadiləsi məqsədi ilə səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır: Biznes kreditləşməsi istiqamətində:1) Kredit qərarlarının qəbulunu dəstəkləyən analitik sistemlər;2) Kreditin rəsmiləşdirilməsi və verilməsi prosesind

ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”nun BUDAPEŞT-VYANA səfəri baş tutmuşdur
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 21-24 may 2024-cü il ABA-nın “İT və İT təhlükəsizlik Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Budapeşt-Vyana səfəri başa çatmışdır. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Banklarda rəqəmsallaşma problemlərinə həllər. Bank sistemlərinin inkişaf strategiyaları və yanaşmaları; Banklarda […]

Kredit Qərarının Verilməsi SİMULYASİYASI keçirilmişdir
20-21 aprel 2024-cü il tarixlərində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) və Lukwise şirkətinin birgə təşkilatçılığı ilə Kredit Qərarının Verilməsi Simulyasiyası keçirilmişdir. Tədbirdə bankların və digər kredit təşkilatlarından 26-a yaxın nümayəndə iştirak etmişdir. Simulyasiya çərçivəsində real hadisələr üzərində qurulmuş 6 qəliz kredit qərarının verilməsi üzrə 5 süni kredit komitəsi, həm də iştirakçılar arasında oyun təşkil edilmişdir. […]

ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə səfəri baş tutmuşdur
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiyə Katılım Banklar Birliyinin (TKBB) dəstəyi ilə 24-26 yanvar 2024-cü il tarixlərində ABA üzvlərinin İslam Bankçılığı üzrə Türkiyə bankları ilə təcrübə mübadiləsi baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır: Türkiyədə İslam Bankçılığı: inkişafı, problemləri, həll yolları, vəziyyətin qiymətləndirilməsi, TKKB-nin strukturu və sektor üzrə statistikalar; […]

ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başlamışdır
Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 19-21 dekabr 2023-cü il tarixlərində ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başlamışdır. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış […]
ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 22-24 noyabr 2023-cü il ABA-nın “Hüquq məsələləri üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır. Problemli kreditlərlə bağlı məhkəməyədək və məhkəmə icraatı (iddia müddətləri daxil olmaqla), habelə icra təcrübəsi […]

ABTC noyabr-dekabr ayları üçün təlim kataloqunu təqdim edir
Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən 2023-cü il noyabr və dekabr ayları üzrə təlim kataloqu hazırlanmışdır. Kataloqda aşağıdakı istiqamətlər üzrə təlimlərə yer verilmişdir: Daxili təlimlər (27 təlim) “Türkiyə Bankalar Birliğinin Eğitim Merkezi” ilə birgə təlimlər (17 təlim) “Projera” Şirkəti ilə birgə təlimlər (4 təlim) “Gənc Bankir Layihəsi” çərçivəsində təlimlər (1 təlim) Ümumilikdə 49 təlimin yer aldığı […]

“Gənc Bankir” Layihəsinə qeydiyyat başladı
Mövzunun adı “Gənc Bankir” Layihəsi Mikro kreditlər üzrə mütəxəssislərin hazırlıq təlimi Ekspert(lər) Nəriman İmranov və Elnur İslamov Təlim-tədris proqramının həcmi (dərs ilə) 22 Təlim-tədris müddəti (ay ilə / saat ilə) 1,5 ay Təlim müddəti: 40 saat Master-Klass: 4 saat Tərəfdaş banklardakı iş şəraiti ilə tanışlıq: 3-5 saat Başlama vaxtı 12 Noyabr 2023-cü il Ödəniş […]

ABA-nın “İnsan Resurslarının İdarə Edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 12-15 sentyabr 2023-cü il tarixlərində ABA-nın “İnsan Resurslarının İdarə Edilməsi Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar Türkiyə banklarının işçi ehtiyaclarının müəyyən edilməsi, qiymətləndirmə, motivasiya sistemi, növləri, prinsipləri, seçim […]

ABA-nın “İnsan Resurslarının İdarə Edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başlamışdır
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 12-15 sentyabr 2023-cü il tarixlərində ABA-nın “İnsan Resurslarının İdarə Edilməsi Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutub. Səfər çərçivəsində iştirakçılar Türkiyə banklarının işçi ehtiyaclarının müəyyən edilməsi, qiymətləndirmə, motivasiya sistemi, növləri, prinsipləri, seçim proseduru, […]

“Agile idarəetməyə keçid prosesi üzrə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilmişdir
14 iyun 2023 cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzi və Türkiyənin “Projera” şirkətinin birgə təşkilatçılığı ilə “Agile idarəetməyə keçid prosesi üzrə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilmişdir. Seminarda “Agile” və “Scrum”un banklarda transformasiyaya verdiyi töhfə, Türkiyə banklarında uğurlu çevik transformasiya prosesləri, çevik liderlik kimi mövzulara toxunulmuş, bankların (ING Bank, Ziraat Katılım, Kuveyttürk və s.) və […]

Azərbaycan banklarının Qazaxıstan səfəri başa çatmışdır
23-26 May 2023-cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri baş tutmuşdur. Səfər çərçivəsində Halyk Bank, Bank Center Credit, Jusan Bank, Freedom Finance, VTB Bank (Qazaxıstan), […]

Azərbaycan banklarının Qazaxıstan səfəri baş tutub
23 May 2023-cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri başlamışdır. Azərbaycanı təmsil edən 41 nəfərlik bu heyət səfərin ilk günündə Center Credit Bank, Halyk Bank və Jusan Bankla […]

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı baş tutdu
13-14 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı baş tutmuşdur. Tədbirdə bankların və digər ABA-ya üzv təşkilatların rəhbər şəxsləri və əməkdaşlarıından ibarət 40-a yaxın nümayəndə iştirak etmişdir. Tədbir çərçivəsində “Liderlik” və […]

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı keçiriləcəkdir
13-14 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Liderlik və Strateji düşüncə” mövzusunda Təlim Proqramı baş tutacaqdır. Proqramda bankların və digər ABA-ya üzv təşkilatların rəhbər şəxsləri və əməkdaşlarının iştirakı nəzərdə tutulur. Təlim proqramı çərçivəsində liderlik və strateji […]

Azərbaycan banklarının İstanbul səfəri baş tutub
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 3-6 aprel 2023-cü il tarixlərində ABA-nın “Xəzinədarlıq və Fondların İdarəedilməsi Ekspert Qrupu” üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin və ölkənin investisiya şirkətlərinin rəhbərlərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar təlimlərlə yanaşı, Türkiyənin aparıcı banklarının, eləcə də […]

Azərbaycan Standartlaşdırma İnstitutu və Azərbaycan Bank Tədris Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb
Azərbaycan Bank Tədris Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi mərkəzin rəhbəri Əzizağa Haxverdiyev və AZSTAND-ın Baş direktoru İlham Bayramov imzalayıb. Memorandum çərçivəsində tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, beynəlxalq standartlar əsasında müxtəlif mövzulara dair seminarlar və təlimlərin keç

Azərbaycan banklarının kreditləşmə üzrə rəhbərlərinin Türkiyə səfəri başa çatıb
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə bankların kreditləşmə üzrə rəhbər şəxslərinin, o cümlədən ABA-nın Kredit işi Ekspert Qrupunun üzvlərinin həm təlim, həm də Türkiyənin aparıcı bankları ilə təcrübə mübadiləsi görüşlərinin təşkili məqsədi ilə İstanbula səfəri başa çatmışdır. Səfər çərçivəsində iştirakçılara Türkiyə bank sektorundakı korporativ və pərakəndə […]

Azərbaycan banklarının kreditləşmə üzrə rəhbərlərinin Türkiyədə təlimlərinə start verilib
14 noyabr 2022-ci ildə Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, ABA və Türkiye Banklar Birliyinin dəstəyi ilə bankların kreditləşmə üzrə rəhbər şəxslərinin, o cümlədən ABA-nın Kredit işi Ekspert Qrupunun üzvlərinin həm təlim, həm də Türkiyənin aparıcı bankları ilə təcrübə mübadiləsi məqsədi ilə İstanbula səfəri başlamışdır. İlk gün ərzində ümumilikdə 44 nəfər olan iştirakçıların Halk Bankası, TEB, […]

“Azərpoçt” MMC və Azərbaycan Bank Tədris Mərkəzi-nin birgə layihəsi çərçivəsində “Təlimaparma vərdişləri” mövzusunda təlim başa çatdı
“Azərpoçt” MMC və Azərbaycan Bank Tədris Mərkəzi-nin birgə layihəsi çərçivəsində “Təlimaparma vərdişləri” mövzusunda təlim başa çatdı. Təlim Azərbaycan Bank Tədris Mərkəzi-nin peşəkar eksperti Nəriman İmranov tərəfindən aparılmışdır. Təlimi uğurla başa vuran iştirakçılar sertifikatla təmin olundular.

Türkiye Bankalar Birliyinin və Azərbaycan Bank Tədris Mərkəzinin birgə layihəsi çərçivəsində təlimlərə start verildi
Türkiye Bankalar Birliyinin və Azərbaycan Bank Tədris Mərkəzinin birgə layihəsi çərçivəsində 3 mövzu üzrə Türkiyənin ixtisaslı ekspertləri tərəfindən təlimlər həyata keçirilir. Təlimlər onlayn formada, türk dilində aparılır. “Dijital Bankaçılık” və “Bankalarda Anti Fraud Yönetimi ve Dolandırıcılığı Önleme Teknikleri” mövzularında təlimlər artıq başa çatmışdır. Bu təlimlər Azərbaycan Bankları tərəfindən böyük maraqla qarşılanmışdır. “Banka Kredi Sistemlerine Çevresel, […]

Azərbaycan Bank Tədris Mərkəzi “ 04.05.2022 – 13.05.2022 tarixlərində Maliyyə Savadlığı çərçivəsində onlayn təlimlər keçirdi
“Azərbaycan Bank Tədris Mərkəzi “ 04.05.2022 – 13.05.2022 tarixlərində Məcburi Köçkünlər Komitəsinin 400 – dən artıq Məcburi köçkün statuslu vətəndaşına “İstehlak Kreditləri” , “Zaminlik”, “İpoteka”, “Vətəndaşlar üçün sığorta”adlı təlimlər keçirmişdir. Təlim sessiyaları onlayn surətdə peşəkar ekspertlər tərəfindən aparılmışdır.”

Bugün, Azərbaycan Bank Tədris Mərkəzində İpoteka kreditləri mövzusunda təlim keçirildi
Bugün, Azərbaycan Bank Tədris Mərkəzi Məcburi Köçkün Komitəsi ilə birlikdə məcburi köçkünlər üçün Maliyyə Savadlığı çərçivəsində İpoteka kreditləri mövzusunda təlim keçirdi. Təlimdə 70-dən çox məcburi köçkün iştirak etmişdir.

Azərbaycan Bank Tədris Mərkəzi “Liderlik” mövzusunda təlim keçirdi
Azərbaycan Bank Tədris Mərkəzi özünün korporativ sosial məsuliyyət planı əsasında Məcburi Köçkün Komitəsinin əməkdaşlarına “Liderlik” mövzusunda təlim keçdi. Təlim yüksək aktivlik şəraitində keçirildi.

Azərbaycan Bank Tədris Mərkəzi 4 mövzu üzrə Maliyyə Savadlılığı təlimlərini həyata keçirir
Azərbaycan Respublikasının Mərkəzi Bankının sifarişi ilə Azərbaycan Bank Tədris Mərkəzi 4 mövzu üzrə Maliyyə Savadlılığı təlimlərini həyata keçirir: – İstehlak Kreditləri, – İpoteka Kreditləri, – Zaminlik, – Fiziki Şəxslər üçün Sığorta xidmətləri. Bu təlimlər həm sosial media vasitələri ilə müraciət edənlər üçün, həm Bakı Biznes Universitetinin tələbələri üçün, həm məcburi köçkünlər üçün və, həmçinin, MKT şirkətinin […]
Xəbərlərdən xəbərdar olun
ABFTC-nin ən son xəbərlərini, tədbirləri və təlim proqramlarını izləyin.
Bizimlə əlaqə saxlayın
