"Banklarda Komplayens Standartları" təlimi uğurla başa çatdı
"Banklarda Komplayens Standartları" təlimi

"Banklarda Komplayens Standartları" – ABFTC
6 iyun 2026-cı il tarixində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank sektorunda komplayens funksiyasının gücləndirilməsi məqsədilə “Komplayens” mövzusunda təlim təşkil edilib.
Təlim çərçivəsində iştirakçılara aşağıdakı mövzular təqdim olunub:
Komplayens funksiyası haqqında ümumi məlumat
Banklarda korporativ idarəetmə standartları
Komplayens funksiyasına və baş komplayens inzibatçısına dair yerli tələblər
Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə tədbirləri
Hədiyyə və qonaqpərvərliklərin qəbuluna nəzarət mexanizmləri
Maraqlar toqquşmasının idarə edilməsi
Banka aidiyyəti şəxslərlə əməliyyatlara nəzarət
Qanunvericilik tələblərinin izlənilməsi və məlumatlandırılması
Normativ sənədlərə rəy bildirilməsi
Komplayens risklərinin qiymətləndirilməsi və hesabatlılıq
Whistleblowing (anonim və ya açıq məlumatvermə) kanallarının idarə olunması
Komplayens təlimlərinin təşkili
ABFTC tərəfindən təşkil olunan bu təlim bank sektorunda komplayens bilik və bacarıqlarının artırılmasına, yerli və beynəlxalq tələblərin tətbiqinə, həmçinin etik idarəetmə mədəniyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb və Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-yə yaxın mövzu üzrə 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.



