ESG training for senior bankers - “From Insight to Impact: Mastering ESG for Future-Ready Management” təlimi uğurla başa çatdı
ESG training for senior bankers - “From Insight to Impact: Mastering ESG for Future-Ready Management” təlimi

“From Insight to Impact: Mastering ESG for Future-Ready Management” Təlimi – ABFTC
13–14 iyun 2026-cı il tarixlərində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən Azərbaycan Beynəlxalq Bankının əməkdaşları üçün bank sektorunda dayanıqlı inkişaf və ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsiplərinin tətbiqinin təşviqi məqsədilə “From Insight to Impact: Mastering ESG for Future-Ready Management” mövzusunda iki günlük (12 saat) təlim keçirilib.
Təlim çərçivəsində iştirakçılara ESG prinsipləri, dayanıqlı maliyyə anlayışları, qlobal trendlər və bazar inkişafları, ESG risklərinin idarə olunması, korporativ kreditləşmədə ESG-nin rolu, ESG due diligence prosesləri, ESG-yə uyğunlaşdırılmış kredit analizi və strukturlaşdırma kimi mövzular təqdim olunub.
İki günlük proqramda aşağıdakı sessiyalar keçirilib:
1-ci gün: Qlobal davamlılıq gündəliyi və dayanıqlı maliyyə prinsipləri; ESG və dayanıqlı maliyyədə qlobal və inkişaf etməkdə olan bazar trendləri; ESG-nin bank strategiyası və korporativ kreditləşmədə rolu; ESG və kredit risklərinin əsasları.
2-ci gün: ESG-nin kredit risk qiymətləndirilməsinə inteqrasiyası; ESG due diligence prosesləri; ESG-yə uyğunlaşdırılmış kredit analizi və strukturlaşdırma; əsas nəticələr və strateji baxış.
Təlim Levan Qogoladze tərəfindən aparılıb. O, GRI sertifikatlı dayanıqlılıq mütəxəssisi olaraq 18 ildən çox təcrübəyə malikdir və bank sektorunda ESG inteqrasiyası, dayanıqlı maliyyə, risklərin idarə olunması və korporativ idarəetmə sahəsində ixtisaslaşıb. Levan indiyədək bankçılıq, turizm, istehsal, səhiyyə, neft-qaz, pərakəndə satış, texnologiya və dövlət sektorunda 60-a yaxın konsaltinq və təlim layihəsinə rəhbərlik edib. O, həmçinin Gürcüstanda kommersiya banklarından birində iki il ərzində Müşahidə Şurasının müstəqil üzvü və audit komitəsinin sədri kimi fəaliyyət göstərib.
ABFTC tərəfindən təşkil olunan bu təlim bank sektorunun ESG bilik və bacarıqlarının artırılmasına, beynəlxalq trendlərin tətbiqinə və dayanıqlı idarəetmə mədəniyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb və Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-yə yaxın mövzu üzrə 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.
Şəkillər





