Bütün xəbərlər

"Bankda Rəhbərlik Sürücüləri üçün Xidmət, Davranış və Təmsilçilik Standartları" təlimi uğurla başa çatmışdır

"Bankda Rəhbərlik Sürücüləri üçün Xidmət, Davranış və Təmsilçilik Standartları" təlimi

"Bankda Rəhbərlik Sürücüləri üçün Xidmət, Davranış və Təmsilçilik Standartları" təlimi uğurla başa çatmışdır

Bankda Rəhbərlik Sürücüləri üçün Xidmət, Davranış və Təmsilçilik Standartları Təlimi – ABFTC

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən “Yapı Kredi Bank Azərbaycan” QSC əməkdaşları üçün bank rəhbərliyinə təhkim olunmuş sürücülərin peşəkar davranış, etik ünsiyyət və xidmət standartlarının gücləndirilməsi məqsədilə “Bankda Rəhbərlik Sürücüləri üçün Xidmət, Davranış və Təmsilçilik Standartları” mövzusunda 8 saatlıq təlim keçirilib.

Təlim bankın rəhbər heyətinə təhkim olunmuş sürücülər, protokol və təsərrüfat şöbəsinin sürücüləri, həmçinin qonaqların qarşılanması və müşayiəti üzrə məsul sürücülər üçün nəzərdə tutulmuşdu.

Təlim proqramı modulları

  • Proqramla tanışlıq qaydalar və təlimdən gözləntilər

  • Peşəkar davranış və etika: konfidensiallıq, punktuallıq, emosional zəka, intizam qaydaları

  • Ünsiyyət bacarıqları və etiketi: korporativ müraciət formaları, bədən dili, rəhbər və qonaqlarla ünsiyyət, münaqişələrin idarə olunması

  • Xarici görünüş və avtomobil imici: geyim kodu, şəxsi gigiyena, avtomobilin texniki və vizual vəziyyəti, daxili mühit standartları

  • Xidmət və təhlükəsizlik təmsilçiliyi: qonaqların qarşılanması protokolu, premium xidmət yanaşması, təhlükəsiz idarəetmənin xidmət keyfiyyətinə təsiri

Kursun sonunda iştirakçılar bankın korporativ imicini sürücü qismində düzgün təmsil etməyi, rəhbərlik və qonaqlarla peşəkar ünsiyyət qurmağı, iş etikası və konfidensiallıq prinsiplərinə riayət etməyi, geyim və avtomobil baxımı üzrə bank standartlarını tətbiq etməyi, stressli vəziyyətləri peşəkarlıqla idarə etməyi öyrənmişlər.

Təlim İlkin Qarayev tərəfindən aparılmışdır.

ABFTC tərəfindən təşkil olunan bu təlim Yapı Kredi Bank Azərbaycan əməkdaşlarının xidmət keyfiyyətinin yüksəldilməsinə, peşəkar davranış və etik ünsiyyət mədəniyyətinin gücləndirilməsinə mühüm töhfə vermişdir.

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb və Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-yə yaxın mövzu üzrə 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

Xəbəri paylaşın:

Suallarınız var?

Xəbərlər və tədbirlərimiz haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Bizimlə əlaqə saxlayın