Bütün xəbərlər
30/06/202510 baxışAdministrator

ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır

ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 19-20 iyun 2025-ci il tarixlərində ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla […]

ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır

ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 19-20 iyun 2025-ci il tarixlərində ABA-nın “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Stress testlərinin optimallaşdırılması və modelləşdirilməsi,
  • BASEL III-ə keçid mexanizmləri, onun effektivliyinin təmin edilməsi, bu prosesdə türk bankçılığının üzləşdiyi problemlər və onların həlli istiqamətində səylər,
  • Enterprise Risk Management (ERM) sisteminə keçid və risk mədəniyyətinin mənimsənilməsi təcrübəsi,
  • Rəqəmsal İstehlak Krediti üçün Erkən Xəbərdarlıq və Fırıldaqlığın Qarşısının Alınması Alətləri,
  • Agile Risk İdarəetməsi,
  • KOM və Pərakəndə Bankçılıqda Risklərin İdarə Edilməsi,
  • Rəqəmsal İstehlak Krediti üçün Erkən Xəbərdarlıq və Fırıldaqlığın Qarşısının Alınması Alətləri,
  • Qərar Qəbul Proseslərinin Avtomatlaşdırılması (Mənzil Kreditləri, İstehlak Kreditləri, Mikro Kreditləşdirmə),
  • Kredit proseslərində risklərin idarə edilməsi proseslərinin rəqəmsallaşma səviyyəsi,
  • GRC (İdarəetmə, Risk və Uyğunluq) alətlərindən istifadə təcrübəsi,
  • Risk iştahı, restrukturizasiya və həllində inteqrasiya olunmuş yanaşmanın və sənaye miqyasında ümumi metodologiyaların tətbiqi.

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  1. Ziraat Bank;
  2. Halk Bankası;
  3. DenizBank;
  4. İş Bankası.

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

Xəbəri paylaşın:

Suallarınız var?

Xəbərlər və tədbirlərimiz haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Bizimlə əlaqə saxlayın