Rəhbərlər və Risk Liderləri üçün Master-klass Proqramı
Rəhbərlər və Risk Liderləri üçün Master-klass Proqramı

Təlim haqqında
Təlim haqqında
Risk idarəetməsi maliyyə sektorunda dayanıqlı inkişafın və effektiv qərarvermənin əsas elementlərindən biridir. Dəyişən iqtisadi mühit, yeni tənzimləyici tələblər və texnoloji transformasiya təşkilatlarda risklərin idarə olunmasına strateji yanaşmanın vacibliyini daha da artırır.
Bu master-klass rəhbər heyətin və risk sahəsində çalışan peşəkarların müasir risk idarəetmə yanaşmaları üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə hazırlanmışdır. Proqram iştirakçılara inteqrə edilmiş risk idarəetməsi (ERM), risk mədəniyyəti, risk iştahası, strateji, əməliyyat və maliyyə risklərinin idarə olunması, eləcə də maliyyə sektorunda aktual çağırışlar barədə həm nəzəri, həm də praktik biliklər təqdim edir.
Təlim müddətində aşağıdakı mövzular əhatə olunur:
ERM çərçivəsi və təşkilatda risk mədəniyyətinin formalaşdırılması;
Risk iştahası çərçivəsinin strategiya, kapital və performansla əlaqələndirilməsi;
Strateji və əməliyyat risklərinin müəyyənləşdirilməsi və idarə olunması;
Stress testləri, biznesin davamlılığı və böhran idarəetməsi;
Bazar, kredit və likvidlik risklərinin idarə olunması;
Dəyişkən makroiqtisadi mühitin risklərə təsiri;
Maliyyə sektorunun inkişaf strategiyası və risk idarəetməsinin gələcək istiqamətləri.
Master-klassın sonunda iştirakçılar:
İnteqrə edilmiş risk idarəetməsi üzrə strateji baxış əldə edəcəklər;
Risk mədəniyyəti və risk iştahası çərçivələri üzrə biliklərini gücləndirəcəklər;
Strateji, əməliyyat və maliyyə riskləri üzrə rəhbər nəzarəti bacarıqlarını inkişaf etdirəcəklər;
Risk idarəetməsi ilə təşkilati strategiya arasında uyğunluğu daha effektiv təmin etməyi öyrənəcəklər;
Azərbaycan bank və maliyyə sektorunda risk idarəetməsinin rolu barədə daha dərin anlayış əldə edəcəklər;
Riskə həssas qərarvermə və institusional dayanıqlılığın artırılması istiqamətində praktiki yanaşmalar mənimsəyəcəklər.
Suallarınız var?
Təlim proqramlarımız haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
Bizimlə əlaqə saxlayın



