İnformasiya Texnologiyaları İdarəçiliyi

Microsoft® PowerPoint© istifadəçilər üçün

Ana səhifə 8 saat 200 AZN Azərbaycan Kimlər üçün nəzərdə tutulub Microsoft PowerPoint proqramından praktiki istifadə üzrə əsas bilikləri əldə etmək istəyən bütün istifadəçilər Proqramın qısa məzmunu​ Təqdimat PowerPoint proqramı ilə tanışlıq PowerPoint proqramının interfeysi Təqdimatın hazırlanması ardıcıllığı Təqdimatın hazırlanması üsulları. Avtomatik məzmun ustası və tərtibat şablonlarından istifadə Təqdimatın baxış rejimləri Slaydlarla iş: əlavə edilmə, […]

Peşəkar təlim
Microsoft® PowerPoint© istifadəçilər üçün
Pulsuz
Qeydiyyatdan keçinƏtraflı məlumat
Sertifikat verilir
Peşəkar təlimçilər
Praktiki materiallar

Təlim haqqında

Microsoft® PowerPoint© istifadəçilər üçün

8 saat
200 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub

Microsoft PowerPoint proqramından praktiki istifadə üzrə əsas bilikləri əldə etmək istəyən bütün istifadəçilər

Proqramın qısa məzmunu​

Təqdimat

  • PowerPoint proqramı ilə tanışlıq
  • PowerPoint proqramının interfeysi
  • Təqdimatın hazırlanması ardıcıllığı
  • Təqdimatın hazırlanması üsulları. Avtomatik məzmun ustası və tərtibat şablonlarından istifadə
  • Təqdimatın baxış rejimləri
  • Slaydlarla iş: əlavə edilmə, silinmə, yerdəyişmə, surətin yaradılması
  • Mətnin əlavə edilməsi. Mətn obyektlərinin yer dəyişməsi. Mətn tərtibatı
  • Mətn obyektlərinin şrift, ölçü və rənglərin düzgün istifadəsi qaydaları
  • Slayd başlığı ilə iş

 

Müvəffəqiyyətli təqdimatın yaradılması prinsipləri

  • Təqdimatın strukturu və dizaynın seçimində müxtəlif amillərin nəzərə alınması: təqdimatın məqsədi və strategiyası, auditoriya, nümayiş vasitələri, nümayiş otağının ölçüləri və işıqlanması, və s.
  • PowerPoint təqdimatının dəqiqləşməsi və balanslaşması. Səmərəli təqdimatın əlamətləri. Təqdimatın təhlili
  • Təqdimatın müvəffəqiyyətliyinin müəyyən edilməsi
  • Şəkillərin, fiqurların və WordArt obyektlərinin daxil edilməsi
  • Qrafikanın əks olunması üçün slaydın bütün sahəsinin istifadə edilməsi
  • Diaqramların yaradılması və redaktəsi
  • SmartArt təşkilatı (sxematik) diaqramlardan istifadə
  • Cədvəllərin yaradılması və redaktəsi. Microsoft Excel proqramından cədvəlin daxil edilməsi
  • Təqdimat dizaynı anlayışı
  • Tərtibat şablonlarının tətbiqi və dəyidirilməsi. Rənglər, şriftlər və şablon üslublar
  • Slayd nümunəsinin istifadəsi
  • İstifadəçi tərtibat şablonunun yaradılması

 

Multimediyalı təqdimatın yaradılması

  • Audio və video fraqmentlərin təqdimata daxil edilməsi
  • Mətnin və slayd obyektlərinin animasiyası. Animasiyanın sazlanması
  • Hərəkətin sazlanması. İdarəetmə və hərəkət düymələrindən istifadə
  • Hiperistinadların yaradılması
  • Yekun slaydın yaradılması
  • Slaydların nümayiş vaxtının və keçidlərin sazlanması
  • Avtomatik nümayiş olunan təqdimatın (slayd-şounun) yaradılması

 

Peşəkar nümayiş

  • Slayd qeydlərinin yaradılması və istifadəsi
  • Tam ekranlı təqdimat nümayişinə hazırlıq
  • Tam ekranlı təqdimat nümayişinin idarə edilməsi (əlyazma qeydlər, slaydların gizlədilməsi, istənilən slayda keçid)
  • İstənilən nümayişlərin yaradılması
  • Təqdimatın çap variantının hazırlanması. Kolontitulların əlavə edilməsi
  • Təqdimatın çapı
  • Təqdimatların paketlənməsi (CD-yə yazmaq üçün hazırlıq)
  • İnternetdə yerləşdirmək üçün təqdimatın hazırlanması

 Əldə ediləcək nəticələr

Kursun sonunda dinləyicilər Microsoft PowerPoint proqramından həm şəxsi məqsədlərində, həm də iş yerlərində inamla istifadə edə biləcəklər.

Rauf Ağayev
Rauf Ağayev

Təlimçi | Məsləhətçi

Təhsili

  • Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsi (hazırkı Azərbaycan Dillər Universiteti) 1985-ci il


İş təcrübəsi

  • AB TACIS Proqramının “Regional Kənd Təsərrüfatı İslahatları” layihəsinin Baş Kredit Meneceri
  • AB TACIS Proqramının “Kənd Yerlərində Bankçılığa Yardım” layihəsi
  • AB TACIS Proqramının yardımı ilə yaranmış “Aqrar Kredit Fondu” bank olmayan kredit təşkilatı
  • “Unibank” Kommersiya Bankı
    2004-cü ilin aprelindən, Azərbaycan Bank Tədris Mərkəzində, kredit biznesi üzrə menecer və tədris üzrə menecer
  • 2012-ci ilin mart ayından Azərbaycan Bank Tədris Mərkəzində Biznesin İnkişafı Meneceridir

Digər nailiyyətlər:

  • 2005-ci ildə R. Ağayev İrlandiyanın İxrac Akademiyasının (Export Academy)”Beynəlxalq ticarət üzrə mütəxəssis” (International Trade Specialist) beynəlxalq sertifikasiya proqramını müvəffəqiyyətlə bitirmiş və akkreditasiya diplomunu almışdır.
  • 2011-ci ildə R. Ağayev ABTCtest onlayn test platformasının yaradılmasına rəhbərlik etmiş və 2012-ci ildən etibarən platformanın baş administratorudur.
  • 2012-ci ildə Rauf Ağayev e-ABTC onlayn təlim portalının yaradılmasına rəhbərlik edib və 2013-cü ildən etibarən portalın baş administratoru, məzmun yaradıcısı və təlimçisidir.
  • 2013-cü ilin fevral ayında beynəlxalq dərəcəli “Certified PPA Practitioner” sertifikasiyasından keçmiş R. Ağayev Thomas International psixometrik dəyərləndirmə xidmətlərinin Azərbaycanda distributoru olan Azərbaycan Bank Tədris Mərkəzinin Thomas (Azerbaijan) platformasının baş administratorudur.
  • 2021-ci ilin iyun ayında beynəlxalq dərəcəli “Personality (HPTI) Certified User” sertifikasiyasından keçmişdir.
  • 2022-ci ildə The Trait Emotional Intelligence Questionnaire (TEIQue) Accreditation Course sertifikasiyasından  keçmişdir.
MÖVZU QRUPUNA AİD DİGƏR TƏLİMLƏR

“Certified PPA Practitioner” sertifikasiya proqramı

Suallarınız var?

Təlim proqramlarımız haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Bizimlə əlaqə saxlayın