Ümumi Bank İşi

60 saat
800 AZN
Azərbaycan

Tanınmış Sertifikasiya Proqramı

Təlimin başlama tarixi: 03.04.2023

Təlimin bitmə tarixi: 16.06.2023

Həftənin günləri: 1,3,5

Təlimin başlama saatı: 19:00-21:00

Sertifikasiya şərtləri:

Proqramın təlimi dövründə 2 test keçirilir. Testlər verilmiş materiallar və təlimçinin verdiyi məlumatlar və izahatlar üzərindən hazırlanır. Hər bir test üçün maksimum bal 50-dir. İki testin yekununa görə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Müvəffəqiyyət Sertifikatı” 75 baldan az toplayan dinləyicilərə isə “İştirak Sertifikatı” verilir. Dərslərin 50%-dən aşağı hissəsində iştirak etmiş dinləyiciyə heç bir sertifikat verilmir, yalnız müraciət olunduğu halda iştirak etdiyi modullara uyğun olaraq arayış verilir

Kimlər üçün nəzərdə tutulub:

Banklarda dəstək sahəsində (hüquq, İT, katiblik , İnsan resursları və s) menecer və mütəxəssislər, bank sahəsindəki mövcud biliklərini yeniləmək istəyən bankirlər, habelə yeni işə qəbul edilmiş mütəxəssislər, bank sektorunda işləməyi planlaşdıran və bank işini öyrənmək istəyən şəxslər

Proqramın qısa məzmunu:

Modul 1. Azərbaycanın iqtisadi və maliyyə sistemi

  • İqtisadi sistemlər və onların xüsusiyyətləri
  • Maliyyə sisteminin rolu və strukturu
  • Bank sistemi
  • Pul siyasəti

Modul 2. Bankların təşkili

  • Bankların səhmdarları və müştəriləri
  • Bankların idarəetmə və təşkilati struktur
  • Bankların xidmətləri
  • Bank sirri

Modul 3. Bank məhsulları və xidmətləri

  • Submodul 3.1. Bank hesabları
    • Hesabların növləri
    • Hesabların açılması qaydaları
    • Hesabların növündən asılı olaraq onların açılması üçün tələb olunan sənədlərin siyahısı
    • Hesabların aparılması
    • Hesabların iş rejiminə nəzarət
    • Hesablar üzrə əməliyyatların aparılmasına görə komisyon tariflər
    • Əməliyyatlara məhdudiyyət və qadağaların qoyulması qaydalarını
    • Hesabların bağlanması
  • Submodul 3.2. Depozitlər
    • Depozitlərin qəbulu üzrə hüquqi baza
    • Depozitlərin növləri
    • Faizlərin hesablanması
    • Depozitlərlə əməliyyatlar

Submodul 3.3. Nağd əməliyyatlar

    • Kassa qovşağı, mahiyyəti və tərkibi
    • Mədaxil əməliyyatları
    • Məxaric əməliyyatları
    • Bankomatlarla iş
    • İnkassasiya iş
  • Submodul 3.4. Nağdsız əməliyyatlar
    • Nağdsız hesablaşmaların formaları
    • Ödəniş tapşırıqları ilə hesablaşmalar
    • İnkasso sərəncamları ilə hesablaşmalar
    • İnkasso üzrə hesablaşmalar
    • Akkreditiv üzrə hesablaşmalar
  • Submodul 3.5. Valyuta rejimi
    • Valyuta qanunvericiliyi
    • Ölkəyə nağd valyutanın gətirilməsi və ölkədən aparılması
    • Ölkədən valyutanın köçürülməsi
  • Submodul 3.6. Ödəniş kartları
    • Tarixi
    • Kartların növləri
    • Kart sahibi
    • Bank emitent
    • Posterminallar
    • Bankomatlar
    • Kart əməliyyatları üzrə klirinq
  • Submodul 3.7. Ödəniş sistemləri və təcili pul köçürmə sistemləri
    • Beynəlxalq ödəniş sistemləri (SWIFT)
    • Milli ödəniş sistemləri (AZİPS, XÖHKS)
    • Milli ödəniş sistemləri ilə əməliyyatlarda Azərbaycan Mərkəzi Bankının tələbləri
    • SWIFT və XÖHKS vasitəsilə ödənişlərin göndərilməsi qaydası
    • Təhlükəsizlik məsələləri
  • Submodul 3.9. Xarici ticarətin maliyyələşməsi
    • Beynəlxalq ticarət əməliyyatları
    • İncoterms 2010
    • Beynəlxalq ticarətin maliyyələşmə alətləri
      • Akkreditivlər
      • Bank zəmanətləri

Modul 4. Çirkli pulların yuyulmasına və Terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər

  • Mahiyyəti
  • Eyniləşdirmə və verifikasiya
  • Şübhəli əməliyyatlar

Modul 5. Mühasibat işi

  • Uçotun əhəmiyyəti
  • Hesablar planı
  • Maliyyə hesabatları
  • Banklarda uçot

Modul 6. Kredit işi

  • Bank kreditinin mahiyyəti
  • Kreditlərin əsas növləri
  • Biznes kreditlər
  • Mikrokreditlər
  • İstehlak kreditləri
  • Kreditləşmə mərhələləri
  • Pul vəsaitlərinin axınları proqnozunun rolu
  • Kreditlərin sənədləşməsi və verilməsi
  • Kreditin monitorinqi: növləri və formaları
  • Kreditdə problemin qabaqcadan müəyyən olunması və onun aradan qaldırılması tədbirləri
  • Kreditləşmə üzrə normativ-hüquqi aktları

Modul 7. Marketinq və müştəri xidmətləri

  • Bank məhsul və xidmətlərinin xüsusiyyətləri
  • Marketinqin 4 P komponenti
  • Müştəri seqmentasiyası
  • Müştəri xidmətinin mahiyyəti
  • Bank müştəri xidmətinin xüsusiyyətləri
  • Satış prosesinin mərhələləri
  • Satış texnologiyaları
  • Çarpaz satış
  • CRM

Modul 8. Bank işində risklər

  • Riskin mahiyyəti
  • Riskin idarə edilməsinin zəruriliyi
  • Risklərin idarə edilməsi metodları
  • Risklərin növləri

Modul 9. Bankir etikası

  • Biznes etikanın mahiyyəti
  • Müştərilərlə etik davranışlar
  • İş yoldaşları ilə etik davranışlar
  • Daxili davranış qaydaları
  • Ünsiyyətqurma
  • Korporativ geyim

Kelly Crowl Masterclass

Don’t Miss Out!

Save your spot now and get the early bird discount Early Bird $80 | Drop-in $140