Mövzular
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar ElmiTədqiqat İnstitutunun doktorantı Rüstəmov Tamerlan Hafiz oğlu müxtəlif illərdə
Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət
Palatasında ödəniş sistemlərinin inkişafı və nəzarəti sahəsində fəaliyyət
göstərmişdir.
Hazırda “Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinin direktor
müavinidir. Həmçinin Azərbaycan Banklar Assosiasiyasında “Ödəniş sistemləri
və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, Azərbaycan Fintex
Assosiasiyasında isə layihə rəhbəridir.
Fəaliyyət göstərdiyi bu illər ərzində ölkədə rəqəmsal ödəniş ekosisteminin
formalaşması, bu sahədə normativ hüquqi çərçivənin yaradılması, innovativ
ödəniş alətləri və texnologiyalarının tətbiqində yaxından iştirak etmişdir.
Ölkədə rəqəmsal ödənişlər sahəsində ilk dəfə nəşr olunan “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri”
adlı dərsliyin həmmüəllifidir. Rəqəmsal transformasiya və rəqəmsal ödənişlər sahəsində 10-dan artıq elmi
məqalələrin və bir çox çox publisist yazıların müəllifidir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun hazırlanmasında birbaşa iştirak edən ekspertlərdən biridir.