Microsoft® PowerPoint© istifadəçilər üçün

8 saat
200 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub

Microsoft PowerPoint proqramından praktiki istifadə üzrə əsas bilikləri əldə etmək istəyən bütün istifadəçilər

Proqramın qısa məzmunu​

Təqdimat

  • PowerPoint proqramı ilə tanışlıq
  • PowerPoint proqramının interfeysi
  • Təqdimatın hazırlanması ardıcıllığı
  • Təqdimatın hazırlanması üsulları. Avtomatik məzmun ustası və tərtibat şablonlarından istifadə
  • Təqdimatın baxış rejimləri
  • Slaydlarla iş: əlavə edilmə, silinmə, yerdəyişmə, surətin yaradılması
  • Mətnin əlavə edilməsi. Mətn obyektlərinin yer dəyişməsi. Mətn tərtibatı
  • Mətn obyektlərinin şrift, ölçü və rənglərin düzgün istifadəsi qaydaları
  • Slayd başlığı ilə iş

 

Müvəffəqiyyətli təqdimatın yaradılması prinsipləri

  • Təqdimatın strukturu və dizaynın seçimində müxtəlif amillərin nəzərə alınması: təqdimatın məqsədi və strategiyası, auditoriya, nümayiş vasitələri, nümayiş otağının ölçüləri və işıqlanması, və s.
  • PowerPoint təqdimatının dəqiqləşməsi və balanslaşması. Səmərəli təqdimatın əlamətləri. Təqdimatın təhlili
  • Təqdimatın müvəffəqiyyətliyinin müəyyən edilməsi
  • Şəkillərin, fiqurların və WordArt obyektlərinin daxil edilməsi
  • Qrafikanın əks olunması üçün slaydın bütün sahəsinin istifadə edilməsi
  • Diaqramların yaradılması və redaktəsi
  • SmartArt təşkilatı (sxematik) diaqramlardan istifadə
  • Cədvəllərin yaradılması və redaktəsi. Microsoft Excel proqramından cədvəlin daxil edilməsi
  • Təqdimat dizaynı anlayışı
  • Tərtibat şablonlarının tətbiqi və dəyidirilməsi. Rənglər, şriftlər və şablon üslublar
  • Slayd nümunəsinin istifadəsi
  • İstifadəçi tərtibat şablonunun yaradılması

 

Multimediyalı təqdimatın yaradılması

  • Audio və video fraqmentlərin təqdimata daxil edilməsi
  • Mətnin və slayd obyektlərinin animasiyası. Animasiyanın sazlanması
  • Hərəkətin sazlanması. İdarəetmə və hərəkət düymələrindən istifadə
  • Hiperistinadların yaradılması
  • Yekun slaydın yaradılması
  • Slaydların nümayiş vaxtının və keçidlərin sazlanması
  • Avtomatik nümayiş olunan təqdimatın (slayd-şounun) yaradılması

 

Peşəkar nümayiş

  • Slayd qeydlərinin yaradılması və istifadəsi
  • Tam ekranlı təqdimat nümayişinə hazırlıq
  • Tam ekranlı təqdimat nümayişinin idarə edilməsi (əlyazma qeydlər, slaydların gizlədilməsi, istənilən slayda keçid)
  • İstənilən nümayişlərin yaradılması
  • Təqdimatın çap variantının hazırlanması. Kolontitulların əlavə edilməsi
  • Təqdimatın çapı
  • Təqdimatların paketlənməsi (CD-yə yazmaq üçün hazırlıq)
  • İnternetdə yerləşdirmək üçün təqdimatın hazırlanması

 Əldə ediləcək nəticələr

Kursun sonunda dinləyicilər Microsoft PowerPoint proqramından həm şəxsi məqsədlərində, həm də iş yerlərində inamla istifadə edə biləcəklər.

Rauf Ağayev
Rauf Ağayev

Təlimçi | Məsləhətçi

Təhsili

  • Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsi (hazırkı Azərbaycan Dillər Universiteti) 1985-ci il


İş təcrübəsi

  • AB TACIS Proqramının “Regional Kənd Təsərrüfatı İslahatları” layihəsinin Baş Kredit Meneceri
  • AB TACIS Proqramının “Kənd Yerlərində Bankçılığa Yardım” layihəsi
  • AB TACIS Proqramının yardımı ilə yaranmış “Aqrar Kredit Fondu” bank olmayan kredit təşkilatı
  • “Unibank” Kommersiya Bankı
    2004-cü ilin aprelindən, Azərbaycan Bank Tədris Mərkəzində, kredit biznesi üzrə menecer və tədris üzrə menecer
  • 2012-ci ilin mart ayından Azərbaycan Bank Tədris Mərkəzində Biznesin İnkişafı Meneceridir

Digər nailiyyətlər:

  • 2005-ci ildə R. Ağayev İrlandiyanın İxrac Akademiyasının (Export Academy)”Beynəlxalq ticarət üzrə mütəxəssis” (International Trade Specialist) beynəlxalq sertifikasiya proqramını müvəffəqiyyətlə bitirmiş və akkreditasiya diplomunu almışdır.
  • 2011-ci ildə R. Ağayev ABTCtest onlayn test platformasının yaradılmasına rəhbərlik etmiş və 2012-ci ildən etibarən platformanın baş administratorudur.
  • 2012-ci ildə Rauf Ağayev e-ABTC onlayn təlim portalının yaradılmasına rəhbərlik edib və 2013-cü ildən etibarən portalın baş administratoru, məzmun yaradıcısı və təlimçisidir.
  • 2013-cü ilin fevral ayında beynəlxalq dərəcəli “Certified PPA Practitioner” sertifikasiyasından keçmiş R. Ağayev Thomas International psixometrik dəyərləndirmə xidmətlərinin Azərbaycanda distributoru olan Azərbaycan Bank Tədris Mərkəzinin Thomas (Azerbaijan) platformasının baş administratorudur.
  • 2021-ci ilin iyun ayında beynəlxalq dərəcəli “Personality (HPTI) Certified User” sertifikasiyasından keçmişdir.
  • 2022-ci ildə The Trait Emotional Intelligence Questionnaire (TEIQue) Accreditation Course sertifikasiyasından  keçmişdir.
MÖVZU QRUPUNA AİD DİGƏR TƏLİMLƏR
  • Kredit
  • Təlim işinin təşkili
  • Microsoft Office proqramları
  • DISC tipologiyası

“Certified PPA Practitioner” sertifikasiya proqramı