Maliyyə Modelləşdirilməsi

20 saat
500 AZN
Azərbaycan / İngilis

Biznes Analitikləri və Məsləhətçiləri üçün

Kimlər üçün nəzərdə tutulur

Tədqiqat, araşdırma, statistik təhlil və modelləşmə ilə məşğul olan şəxslər

Proqramın qısa məzmunu:

Modul 1. Giriş

  • Bu hissədə təlim haqqında ümumi məlumat verilir.

 

Modul 2. Biznes modelçilər üçün maliyyə nəzəriyyəsi

  • Bu hissədə müvəffəqiyyətli olmaq üçün müasir maliyyə nəzəriyyəsində yaxşı təcrübəniz olmalıdır.

 

Modul 3. Maliyyə modelçiləri üçün Excel

  • Siz bu modulda maliyyə modelləri ilə asan işləmək üçün bacarıqlarınızı müəyyən səviyyədə təkmilləşdirə bilərsiniz.

 

Modul 4. Kapital xərclər və amortizasiya

  • Katipal xərclər və amortizasiya Exceldə modelləşdirəcəyiniz ən çətin elementlərdəndir. Buna görə də, bu elementlər bölmələr üzrə ayrı-ayrılıqda tədris olunur. Bu bölmədə aktivlərin müəyyən qrupda necə spesifikləşdirməyi, onların ümumi və xalis dəyərini və amortizasiyasını necə qiymətləndirəcəyinizi öyrənəcəksiniz.

 

Modul 5. Dövriyyə vəsaiti

  • Dövriyyə vəsaiti biznes üçün vacibdir, çünki o sizə biznesinizə nə qədər pul cəlb etməli olduğunuzu göstərir. Bu hissədə isə siz dövriyyə vəsaitinin xususi mövüeyinin necə modelləşdirilə biləcəyini öyrənəcəksiniz.

 

Modul 6. Maliyyələşdirmə

  • Maliyyələşdirmə modelləşdirmənin ən çətin hissələrindən biridir. Burada şirkətin xarici maliyyə mənbələrinə ehtiyacınız ola bilər.

 

Modul 7. Kapital

  • Burada kapitalın modelləşdirilməsi və onun mənfəət/zərər hesabatı ilə əlaqəsi göstərilir.

 

Modul 8. Balansın modelləşdirilməsi

  • Burada balans hesabatının modelləşdirilməsi və balanslaşdırma öyrədiləcək.

 

Modul 9. Mənfəət/zərər hesabatının modelləşdirilməsi

  • Bu bölmədə gəlir və xərc hesablarının (amortizasiya istisna olmaqla) modelləşdirməsi və bunun əsasında mənfəət və zərər hesabatının necə yaradılacağını göstəriləcək.

 

Modul 10. Pul vəsaitlərin hərəkəti hesabatının modelləşdirilməsi

  • Burada pul vəsaitlərin hərəkəti hesabatını modelləşdirmək üçün bütün verilənlər toplanır və modelin bütövlüyü yoxlanılır.

 

Modul 11. Maliyyə modelinin təhlili

  • Sonda, hazırlanmış model təhlil olunur və nəticələr əldə olunur.

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

Təlimin sonunda təlimçi sizi öz maliyyə analizinizdə istifadə edə biləcəyiniz xüsusi maliyyə təşəbbüsü və qiymətləndirmə modeli ilə təmin edəcək.

 

ABTC Təlimçiləri və konsultantları