Layihələrin idarə edilməsinin praktiki aspektləri

12 saat
500 AZN
Azərbaycan

Təlimin başlama tarixi: 14.04.2022

Təlimin bitmə tarixi: 30.06.2022

Həftənin günləri:2,5,6

Təlimin başlama saatı: 19:00-21:00

10:00-13:00

Kimlər üçün nəzərdə tutulub:
Bütün səviyyələrdən menecerlər, Layihə rəhbərləri və koordinatorları, Sənaye sahələri planlayıcıları və xərc, planlama və nəzarət mühəndisləri, Menecment karyerası izləyən digər mütəxəssislər.

Proqramın qısa məzmunu​:

Təqdimat və ilkin test

Modul 1. Giriş

  • Layihə anlayışı, layihə idarəetməsinin tarixi və qabaqcıl təcrübə
  • Layihə idarəetməsi üzrə müasir beynəlxalq standartlaşdırma, PMI və PMBOK
  • Layihə tsikli və çərcivəsi
  • Layihə idarəetməsinin bilik sahələri (beynəlxalq standarta uyğun)
  • Layihə meneceri öhdəlikləri, səriştələri və xarakteri


Modul 2. Layihə təşəbbüsü

  • Ehtiyacların dəyərləndirilməsi və layihə seçimi
  • Məqsədlər və təhvil veriləcəklər
  • Qiymətəndirmə çərçivəsi və meyarları
  • Layihə təklifi və layihə nizamnaməsi sənədləri
  • Maraqlı tərəflər təhlili və layihəni qəbul etdirmə texnikası


Modul 3. Layihə resurslarının idarə olunması

  • Layihə idarəetməsi proqramından istifadə (MS Project, Primavera…)
  • Ləyihənin əhatəsinin planlaşdırılması və İş bölgüsü strukturu
  • Fəaliyyət ardıcıllığı və resursların ayrılması
  • Şəbəkə diaqramı
  • “Kritik cığır” və PERT təhlilləri
  • Qant qrafiki
  • Xərclərin təxmini və büdcənin hazırlanması
  • Büdcəyə nəzarət və Qazanılmış dəyər və S-əyrisi təhlilləri
  • Layihə insan resurslarının idarə olunması


Modul 4. Layihə risklərinin idarə olunması

  • Risklərin müəyyənləşdirilməsi
  • Risklərin keyfiyyət dəyərləndirilməsi
  • Risk matrisi
  • Risk idarəetmə yanaşmaları və qalıq riski
  • Risklərin kəmiyyət dəyərləndirilməsi
  • Gözlənilməz hallar üçün büdcə ayırmalarının hesablanması
  • Risk simptomları, tətikləri və riskə hazırlıq planı


Modul 5. Digər sahələrin idarə olunması

  • Layihə gözləntilərinin və keyfiyyətinin idarə olunması
  • Layihə ünsiyətinin idarə edilməsi
  • Dəyişikliklərin idarəedilməsi
  • Layihə performansı, hesabat, monitorinq və nəzarət
  • Layihə nəticələri və ibrət dərsləri


Yekun test və sertifikatlaşma

Kursun sonunda əldə edəcəyiniz biliklər:

Öz real layihələrinin layihə idarəetməsi sənədləri:

  • Diaqramlar, hesablamalar, qrafiklər və risk, büdcə, nəzarət və sair sahələr üzrə sənədlər daxil olmaqla
  • Xüsusi kompyuter proqramdan istifadə edərək hazırlanmaqla
  • PMI tərəfindən hazırlanmış PMBOK® Guide əsasında


Layihə menecerindən tələb olunan qabaqcıl beynəlxalq səriştələr:

  • Uğurlu layihə təşəbbüsü irəli sürmək, düzgün hədəflər seçmək və maraqlı tərəfləri səfərbər etmək
  • Layihənin vaxt, maliyyə, insan, texnoloji və menecment resurslarını səmərəli səfərbər etmək
  • Layihə risklərini, gözləntilərini və ünsiyyətini düzgün idarə etmək
  • Layihənin nəticəli ola bilməsini və sifarişçi məmnunluğunu təmin etmək
  • Layihə idarəetməsi üzrə kompüter proqramından istifadə və onun vasitəsilə layihələrin planlaşdırılması, qrafik və diqaramların hazırlanması və icraya nəzarət etmək


Layihə meneceri üçün beynəlxalq standartlara (PMI) uyğun biliklər:

  • Layihə təşəbbüsü, planlaması, icrası, monitorinq və nəzarəti və tamamlanması
  • Layihə bütövlüyünün, dəyişikliklərinin və əhatəsinin idarə olunması
  • Layihə vaxtının idarə olinması
  • Layihə xərclərinin idarə olinması
  • Layihə risklərinin idarə olinması
  • Layihədə insan resurslarının və ünsiyyətinin idarə olinması
  • Natiq Cabbarov
Təlimçi | Məsləhətçi
Təhsili:

2001-2006   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sənətşünaslıq fakultəsi

İş təcrübəsi:

“PMD Projects” MMC  İT şöbəsinin müdiri 2020  sentyabr – indiyə qədər
“PMD Projects” MMC  İT layihələr üzrə baş mütəxəssis  2018  sentyabr – 2020 sentyabr
“İnfosystems” MMC  Direktor 2016  noyabr – 2018 avqust
“Aqrarkredit” BOKT İKT üzrə baş mütəxəssis  2016 yanvar – 2017 sentyabr
“Azərbaycan Bank Tədris Mərkəzi” İKT meneceri 2013 iyun – 2015 dekabr
“AT-GEOTECH” MMC  İKT meneceri 2011 – 2013
“Notecomp” mağazalar şəbəkəsi İKT meneceri 2007 – 2010
“AKKORD”  Industry Construction Investment Corporation İKT meneceri 2004 – 2006

Beynəlaxalq sertifikatları:

İPMA: B level, Certified Senior Project Manager
Hikvision: HCSA
Hikvision: HCSP
Legrand: LCS3
Cisco CCNA R&S

Xüsusi nailiyyətləri:

Layihə idarəçiliyində 50-dən çox iri və çoxlu sayda orta və kiçik layihələrin rəhbəri olmuşdur.
Azərbaycanda İPMA B CSPM sertifikatı olan 35 professionaldan biridir.
Project Management İnstitute (PMİ) member
İPMA member
Global PMO member
AzPMA member
ABA- İT expert group member

Ekspertin apardığı təlm mövzuları:

Layihələrin idarə edilməsi (İPMA metodologiyası)
Layihələrin idarə edilməsi (PMİ metodologiyası)
Layihələrin idarə edilməsi (Agile metodologiyası)
İPMA sertifikasiyasına hazırlıq
PMİ sertifikasiyasına hazırlıq
Mühafizə işinin əsasları

Ekspertin təqdim etdiyi məsləhət xidmətləri:

Layihələrin idarə edilməsi
İT infrastrukturunun qurulması
Mühafizə işinin əsasları
Təhlükəsizlik və buraxılışa nəzarət