Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 5-6 may 2025-ci il tarixində kənd təsərrüfatı kreditləşməsi mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti “DAMU” Sahibkarlığın İnkişafı Fondu ASC, Bereke Bank və Bank CenterCredit (BCC) kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış oldu, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparıldı.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
- Kənd təsərrüfatı kreditləri üçün yeni məhsullar;
- Kənd təsərrüfatına verilən dövlət dəstəkli kreditlər: zəmanət və subsidiyalar mexanizmləri;
- Ekoloji təmiz və dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi və ətraf mühit tələblərinə uyğun kredit proqramları;
- Onlayn bankçılıqda kənd təsərrüfatı kreditləri, kənd təsərrüfatı rəqəmsal kredit müraciət platformaları və onlayn müraciət prosedurları, rəqəmsal həllər və innovativ meyllər;
- Aqrar sığortanın bu mexanizmdəki rolu;
- Kənd təsərrüfatı kreditləşdirmə prosesində müştəri meyarları, təhlil yanaşmaları, underwriting, rəqəmsal həllər, innovativ meyllər;
- Kənd təsərrüfatı kreditləşməsində kredit risklərinin idarə olunmasına korporativ yanaşma.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.