Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 29-30 aprel 2025-ci il istehlak və ipoteka kreditləri mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün təşkil edilən Gürcüstan Respublikasına səfər təşkil edilmişdir.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
- İstehlak krediti;
- Müştəri təcrübəsinin artırılması;
- Kreditin təsdiqi prosesinin təkmilləşdirilməsi;
- Satışda texnologiya inteqrasiyası;
- Satış kanalının optimallaşdırılması;
- Maliyyə məhsullarının marketinqi;
- İpoteka bazarı.
20 nəfərlik iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:
- Liberty Bank;
- Silk Bank;
- Bank of Georgia;
- Optio Solutions.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.