Mövzunun adı
|
“Gənc Bankir” Layihəsi
Mikro kreditlər üzrə mütəxəssislərin hazırlıq təlimi
|
Ekspert(lər)
|
Nəriman İmranov və Elnur İslamov
|
Təlim-tədris proqramının həcmi (dərs ilə)
|
22
|
Təlim-tədris müddəti (ay ilə / saat ilə)
|
1,5 ay
- Təlim müddəti: 40 saat
- Master-Klass: 4 saat
- Tərəfdaş banklardakı iş şəraiti ilə tanışlıq: 3-5 saat
|
Başlama vaxtı
|
12 Noyabr 2023-cü il
|
Ödəniş
|
750 AZN / 5 noyabr-a kimi qeydiyyatdan keçənlərə 40 % endirimlə 450 azn olacaq.
|
Kimlər üçün nəzərdə tutulur
|
Bank və digər kredit təşkilatlarında mikro kreditlər üzrə mütəxəssis vəzifəsində çalışmaq istəyən:
- Universitetlərin iqtisadi, maliyyə, hüquq, idarəetmə və bənzəri fakultələrin sonuncu kursunun tələbələri və məzunları;
- Bank sektorunda təcrübəsi olan şəxslər.
|
Modullar
|
Modul 1. İqtisadiyyat və Bank sistemləri
- Azərbaycanın iqtisadi və maliyyə sistemi
- Bankların sisteminin təşkili
- Bankların məhsulları və xidmətləri (hesablar, depozitlər, nağd və nağdsız əməliyyatlar, valyuta əməliyyatları, ödəniş kartları, akredivitlər və bank zəmanətləri)
Modul 2. Mikro kreditləşmə
- Bank krediti və onun mahiyyəti
- Kreditlərin əsas növləri
- Mikro kreditlər və onların xususiyyətləri
- Kiçik müəssisə anlayışı. Onun balansı
- Kreditləşmənin mərhələləri
- Pul axınları və onların təhlili. Mənfəət-zərər hesabatı
- Risklərin müəyyən edilməsi və problemlərin həlli yolları
Aralıq İmtahanı
Modul 3. Mikro kreditlərin satışı
- Mikro kredit məhsullarının xüsusiyyətləri
- Marketinq işinin əsas komponentləri
- Mikro kredit müştərilərinin seqmentasiyası
- Mikro kreditləşmədə müştəri xidmətinin mahiyyəti
- Satış prosesinin mahiyyəti
- Mikrokreditləşmədə əsas satış texnologiyaları
Modul 4. Təqdimat və ünsiyyət qurma bacarıqları
- Biznes etikanın əsas xususiyyətləri
- Ünsiyyətqurma bacarıqları
- Təqdimetmə bacarıqları
- Müştəri əlaqələri idarə edilməsi
- Potensial işəgötürənlərdən Master-Klasslar
- İştirakçılar Azərbaycanın kommersiya banklarının aparıcı ekspertlərinin master-klasslarında iştirak edəcək, birbaşa praktiki məlumatlarla tanış olacaq, həmçinin öz bilik və bacarıqlarını gələcək potensial işəgötürənlərinə göstərə biləcəklər.
- Bank ekskursiya proqramı
- İştirakçılarla “Gənc Bankir” Layihəsinin bir neçə tərəfdaş bank və kredit təşkilatlarına ekskursiya proqramları təşkil olunaraq, bankın fəaliyyətləri ilə yerində görmək və tanış olmaq imkanı təqdim olunacaqdır.
- Yekun imtahanda qrup üzrə ən yüksək nəticəni göstər və qrup birincisi olaraq ödənişini geri al.
- Yüksək nəticə göstərən 2 və daha çox iştirakçı olarsa ən yaxşı 1 iştirakçını müəyyən edənə qədər əlavə imtahanlar təşkil olunacaqdır.
|
Əldə ediləcək nəticələr
|
Kursun sonunda iştirakçılar aşağıdakıları biləcəklər:
- Ümumi bank fəaliyyəti haqqında əsas anlayışları,
- Mikro kreditlərinin verilməsinin əsas xusisyyətlərini,
- Sənədləşmənin aparılmasını,
- Kreditləşmənin monitorinqini,
- Risklərin müəyyən edilməsi və problemlərin həll edilməsini,
- Marketinq və satışın əsas alətləri,
- Mikro kredit müştərisinin tapılmasını,
- Onun ilə ünsiyyətin qurulmasını,
- Tələb olunan sənədlərinin toplanmasını,
- Təhlilin aparılmasını,
- Qərarın verilməsini,
- Sənədləşmənin yerinə yetirilməsi,
- Nəzarətin həyata keçirilməsini,
- Vaxtında yaranan problemlərin aşkar edilməsini və aradan qaldırılmasını,
- Müştəri ehtiyaclarının düzgün təhlili,
- Danışıqların peşəkar aparılması,
- Təqdimatların hazırlanmasını,
- Ünsiyyət qurma bacarıqlarını.
|