Böhran zamanı insan resurslarının idarə edilməsi

6 saat
150 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub:

İnsan resurslarının idarə edilməsi ilə məşğul olan menecerlər və işçilər, bütün səviyyədən olan rəhbər işçilər

Proqramın qısa məzmunu:

Təqdimat və ilkin test

Modul 1.  Böhran nədir:

  • Böhranın ümumi tərifi
  • Şirkətlər üçün böhranın tərifi
  • Bank sektoru üçün böhranın tərifi

 

Modul 2.  Böhran ümumilikdə şirkətlər və özəl olaraq bank sektoru üçün necə bir təsir yaradır?

  • Təşkilata olan təsiri
  • İşçilər üzərindəki təsiri
  • Menecerlərə olan təsir

 

Modul 3.  Böhrandan əvvəl hansı işlər görülməlidir?

  • Sektordakı və sektora təsir edən amillərdəki dəyişiklikləri izləmək
  • Mümkün böhran ssenariləri hazırlamaq
  • Təşkilata və işçilərə yönəlik tədbirlə bağlı işlər (Xərcləri azaltmağa və gəlirləri artırmağa doğru)
  • İnsan resursları ilə bağlı erkən xəbərdarlıq sistemlərinin yaradılması
  • Güvən əsaslı effektiv ünsiyyət mühiti yaratmaq

 

Modul 4.  Böhran anı

  • Şirkət olaraq nələri etmək lazımdır
  • Xərcləri azaldacaq və gəliri artıracaq tədbirlər görmək
  • İştən çıxarma əvəzinə təşkilatdaxili yerdəyişmə
  • Məhsuldarlığı artırmağa yönəlik yenidənqurma (proseslər)
  • Vaxtdan düzgün istifadə etmək / vaxtın idarə olunması (səmərəyə nail olmaq üçün)
  • Ünsiyyət / Emosiyaların idarə olunması – Güvən mühiti təmin etmək
  • İşçilərin inandığı bir baxışın mövcudluğu
  • Bütün çalışanlarınla paylaşılan ortaq bir dəyər sistemi
  • Təşkilat üçün innovasiya və yaradıcılığı dəstəkləyən idarəetmə şəraiti
  • İşçilərlə bağlı görüləcək tədbirlər
  • İşçilərlə şirkətin maliyyə vəziyyəti ilə əlaqədar açıq bir münasibətdə olmaq
  • Çalışanlara bir “challenge” vermək, bacarma duyğusu hiss etmələrini təmin etmək
  • İşçilərin gördükləri işin təsirinin nə olduğunu anlamalarını, hədəf müəyyənetmə və qərarvermə proseslərinə cəlb olunmalarını təmin etmək (Böyük tablo)
  • İşçilərin özlərini uğurlu və uyğun hissetmələrini təmin etmək, onları inkişaf etdirmək
  • İşçilərin motivasiyasını yüksək tutmaq, onlarla insan olaraq maraqlanmaq

 

Modul 5.  Böhran sonrası

  • “Geridə qalanlar” sindromunun yaranmamasını təmin etmək
  • Böhran səbəblərini ortaya çıxararaq gələcəkdə yaşanacaq bənzər bir vəziyyətin böhrana çevrilməsinin qarşısını almaq, prosesləri təkmilləşdirmək, yeni böhran planları hazırlamaq
  • Böhranın işçilər üzərində yaratdığı təsirləri təsbit etmək və aradan qaldırılmasını təmin etmək

Kursun sonunda iştirakçılar aşağıdakıları biləcəklər:

  • Böhranın nə olduğunu
  • Böhranın şirkətlərə və insanlara necə təsir etdiyini
  • Böhran dövrlərində təşkilatlar üçün ümumi və bank sektoru üçün özəl olaraq atılmalı olan addımlar
  • “Geridə qalanlar sindromu” 
ABTC Təlimçiləri və konsultantları