Təlimin başlama tarixi: 18.10.2022
Təlimin bitmə tarixi: 27.12.2022
Həftənin günləri: 2,4
Təlimin başlama saatı: 19:00 – 21:00
Kimlər üçün nəzərdə tutulub:
Kredit mütəxəssisləri, kredit təşkilatlarında kredit sahəsində işləmək istəyən şəxslər
Təlim forması:
Proqram qarışıq təlim formasında təqdim olunur. Proqramda keçirilən mövzulıar üzrə materiallar ən azı 3 gün əvvəl tanış olmaq və sualları hazırlamaq üçün dinləyicilərə göndərilir. Üzbəüz təlim zamanı və təlim zamanı materiallar üzrə dinləyicilərin suallarına cavab və izahatlar verilir, praktiki məşğələlər edilir.
Sertifikasiya şərləri:
Proqramın təlimi dövründə 2 test keçirilir. Testlər verilmiş materiallar və təlimçinin verdiyi məlumatlar və izahatlar üzərindən hazırlanır.
Hər bir test üçün maksimum bal 50-dir.
İki testin yekununa görə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Proqramı müvəfəqiyyətlə başa vurmuşdur”, ondan aşağı toplayan dinləyicilərə isə “Proqramda iştiak etmişdir” sertifikatı verilir.
Dərslərdə 50%-dən aşağı iştirak etmiş dinləyiciyə heç bir sertifikat verilmir, yalnız müraciət olunduğu halda arayış verilir.
Proqramın qısa məzmunu:
Modul 1. Azərbaycanda kredit sistemi
Təlimçi: Rauf Ağayev
Modul 2. Kredit işinin təşkili
Təlimçi: Etibar İsrafilov
Modul 3. Borcalanın maliyyə təsərrüfat fəaliyyətinin təhlili
Təlimçilər: Etibar İsrafilov, Rauf Ağayev, Nəriman İmranov
Modul 4. Borcalanın kredit sifarişinin və kredit risklərinin qiymətləndirilməsi
Təlimçilər: Etibar İsrafilov, Rauf Ağayev, Nəriman İmranov
Modul 5. Kreditin verilməsi və idarə edilməsi
Təlimçilər: Etibar İsrafilov, Rauf Ağayev, Nəriman İmranov
Modul 6. Kreditləşmə üzrə Azərbaycan Mərkəzi Bankının qaydaları
Təimiçilər: Orxan İsmayılov, Etibar İsrafilov
Modul 7. Kredit məhsullarının marketinqi və satışı
Təlimçilər: İlkin Qarayev, Anar Hüseynov