Bankın Daxili Auditoru

120 saat
1200 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub:

Kiçik və orta müəssisələrin maliyyə menecerləri

Proqramın qısa məzmunu​:

Modul 1. Bank fəaliyyətinin hüququ bazası

  • Banklar haqqında qanun
  • AMB haqqında qanun
  • Mülki məcəllə
  • Əmanətlərin sığortalanması haqqında qanun
  • İpoteka  haqqında qanun
  • Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericilik
  • Valyuta qanunvericliyi
  • AMB-nin kapital və likvidliyin idarə edilməsi üzrə normativ sənədləri
  • AMB-nin kreditləşmə üzrə normativ sənədləri
  • AMB-nin Korporativ idarəetmə standartları
  • AMB-nin risklərin idarə edilməsi normativ sənədləri
  • AMB-nin mühasibat uçotu və hesabatı üzrə normativ sənədləri
  • AMB-nin nağd pul dövriyyəsi və nağdsız ödəmələr üzrə normativ sənədləri


Modul  2.  Daxili Auditin nəzəriyyəsi

Daxili nəzarətin mahiyyəti və onun təsnifatı

  • Daxili nəzarətin formaları  
  • Daxili nəzarətin prinsipləri
  • Nəzarət tədbirlərinin təsnifatı və onların arasındakı fərq
  • Daxili nəzarət – maraqların müdafiəsi elementidir
  • Daxili nəzarətin təşkili. Nəzarət orqanı və onun səlahiyyətləri


Daxili Auditin normativ bazası

  • Beynəlxalq Audit standartları və onların tətbiq sahələri
  • Daxili Audit haqqında qanun
  • AMB-nin daxili audit haqqında normativ sənədləri
  • Bank sektorunda Daxili Auditin rolu


Daxili Audit orqanının təşkili, onun funksiyaları və səlahiyyətləri

  • Daxili Audit Xidmətinin təşkilati strukturu, ştat vahidi ilə təmin olunması
  • Əməkdaşlara qarşı yönəldilmiş peşəkar tələblər
  • Daxili Audit əməkdaşlarının məsuliyyətləri 
  • Daxili Audit Xidmətinin Bankın İdarəetmə orqanları ilə qarşılıqlı münasibətləri


Daxili Auditin metod və prosedurları. Nəzarət tədbirlərinin keçirilməsi

  • Nəzarət tədbirlərinin həyata keçirilməsinin metod və prosedurları və nəzarətin müddəti
  • Daxili Auditin İş Planı
  • Audit olunan obyektin əhatə sahələri, Təşkilati məsələlər, Prosedurlar, Siyasətlər, Büdcə, Mühasibatlıq, Personal, Hesabatlıq
  • Yerində yoxlama, yerindən kənarda yoxlama
  • İlkin sənədlər əsasında yoxlama, müsahibələr, monitorinqlər
  • Audit Hesabatının hazırlanması, onun strukturu və təqdim olunması
  • Auditin nəticəsinə uyğun tədbirlər planının hazırlanması və icraya nəzarət


Nəzarətin planlaşdırılması

  • Fəaliyyətin planlaşdırılması və tədbirlər
  • Nəzarət obyektinin qiymətləndirilməsinin məqsədəuyğunluğu və seçilməsi
  • Struktur bölməsinin auditi (Şöbə, qrup, departament və digər struktur vahidlərinin fəaliyyəti üzrə kompleks audit yoxlaması)
  • Biznes proseslər üzrə audit (Hər hansı bir struktur vahidinin və ya bir neçə struktur vahidinin fəaliyyət dairəsinə aid olan proseslərin və ya əməliyyatların audit olunması)


Modul 3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

Maliyyə hesabatlarının prinsipləri

  • Mühasibat uçotunun standartları şurası
  • Maliyyə hesabatlarının hazırlanması və tərtibi prinsipləri
  • Maliyyə hesabatlarının təqdim edilməsi standartı
  • Uçot siyasətləri , mühasibat qiymətləndirilmələrində dəyişikliklər və səhvlər


Aktivlər, təxirə salınmış vergi və əlaqəli şəxslərlə aparılan əməliyyatlar üzrə  standartlar

  • Uzunmüddətli aktivlərin uçot qaydaları
  • Aktivlərin dəyərdən düşməsi
  • Ehtiyatlar, şərti öhdəliklər və şərti aktivlər
  • İşçilərə ödənişlər və təqaüd planlarının mühasibatı və hesabatının hazırlanması
  • Təxirə salınmış vergilər
  • Əlaqəli tərəflərlə aparılan əməliyyatlar


Maliyyə alətləri və payda iştirak üzrə standartlar

  • Maliyyə alətləri: açıqlamalar və təqdimat
  • Maliyyə alətləri: tanınma və qiymətləndirmə
  • Maliyyə alətləri: Məlumatların açıqlanması
  • Konsolidə edilmiş maliyyə hesabatı
  • Assosiativ müəssisələrə investisiyaların uçotu
  • Birgə müəssisələrdə iştirak
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat


Modul 4. Risklərin İdarə olunması

Banklarda risklərin  idarə edilməsi üzrə beynəlxalq normalar

  • Riskin mahiyyəti və zəruriliyi
  • Bazel 1, Bazel 2 və Bazel 3
  • Risklərin idarə edilməsi üzrə Bazel Komitəsinin prinsipləri
  • Kredit riskləri üzrə
  • Likvidlik riskləri üzrə
  • Əməliyyat riskləri üzrə
  • Stress testlər üzrə


Risklərin idarə edilməsi sistemləri 

  • Risklərin idarə edilməsi prinsipləri
  • Risklərin idarə edilməsi sistemləri
  • Risklərin idarə edilməsi mərhələləri
  • Strateji idarəetmə
  • Əməliyyat (gündəlik) idarəetməsi
  • Risk cədvəlləri
  • Riskləri ölçmə alətləri
  • Stress testlər
  • Həssaslıq təhlillləri
  • Riskə məruz dəyər (VaR)
  • Fövqaladə hallar planları


Risklərin növləri  və onların idarə edilməsi

  • Risklərin növləri
  • Kredit riskləri
  • Likvidlik riskləri
  • Bazar riskləri
  • Əməliyyat riskləri
  • Strateji və digər xüsusi risklər


Modul 5. Daxili Auditin praktikası  

İdarəetmə auditi

  • İdarə Heyətinin qəbul etdiyi qərarların icrasının vəziyyəti
  • İdarə Heyətinin tərkibi, qərarvermə səlahiyyətləri, iclasların aparılması və protokolların hazırlanması, İH-nin üzvləri arasında sahələr üzrə məsuliyyətlərin bölüşdürülməsi
  • Bankın təşkilati strukturunun auditi, səlahiyyətlər üzrə maraqların toqquşmasının araşdırılması 
  • Strateji Planın qiymətləndirilməsi və ondan irəli gələn tapşırıqların icrasının qiymətləndirilməsi


Nəzarət sistemlərinin auditi

  • Korporativ İdarəetmə strukturu çərçivəsində yaradılmış nəzarət mexanizmləri və onların fəaliyyətinin effektivliyi
  • Əməliyyat sistemi çərçivəsində yaradılmış mövcud nəzarət elementləri və onların ümumi nəzarət sisteminə integrasiyası
  • Risk dərəcəsi yüksək olan sahələrdə çalışan (Əməliyyat şöbəsi, mühasibatlıq şöbəsi, kredit şöbəsi və s.) əməkdaşlar arasında vəzifə bölgüsü və səlahiyyətlər çərçivəsində yaradılmış nəzarət mexanizmləri
  • Müxtəlif struktur vahidləri tərəfindən İllik əməliyyat planı çərçivəsində görülən işlərin icrasına nəzarət üzrə hesabatlığın qiymətləndirilməsi 
  • İnformasiya təhlükəsizliyi çərçivəsində yaradılmış nəzarət mexanizmləri və görülən tədbirlərin qiymətləndirilməsi
  • Mövcud nəzarət mexanizmlərinin adekvatlığı və Bankın Biznes strategiyasına (Strateji Plana) uyğunlugunun qiymətləndirilməsi 


Risklərin idarə ediıməsi üzrə fəaliyyətin auditi

  • Risklərin İdarə edilməsi struktur vahidinin struktur tərkibi, normativ bazası və mövcud iş planının qiymətləndirilməsi   
  • Risklər xəritəsinin yaradılması (bank sektoruna xas olan əsas risklərin, bazar və likvidlik risklərinin, kredit risklərinin və s. risklərin müəyyən olunması)
  • Əməliyyat sistemi çərçivəsində risklərin idarə olunması
  • Kredit müqavilələri üzrə monitorinqlər
  • Statistik məlumatların hazırlanması və onların əsasında aparılan təhlillər və aşkar olunan risklərə nəzarət
  • Digər struktur bölmələri, o cümlədən başqa nəzarət subyektləri ilə qarşılıqlı münasibətlər 
  • Prioritet riskli sahələr üzrə alətlərin yaradılması mexanizmi və tətbiqinin qiymətləndirilməsi
  • Risklərə reaksiya verilməsi metodları


Kredit fəaliyyətinin auditi

  • Kredit fəaliyyətinin normativ sənədlərlə, kredit siyasəti və kredit əməliyyatlarını, bütövlükdə fəaliyyəti tənzimləyən prosedur qaydalarla təmin olunması 
  • Bankın təqdim etdiyi kredit məhsullarının müştərilərə çatdırılması və satışın təşkili 
  • Kredit Komitəsinin fəaliyyətinin qiymətləndirilməsi 
  • Kredit fayllarının dəstləşdirilməsi
  • Kredit əməliyyatları üzrə aparılan müxabirləşmələrin düzgünlüyü
  • Kreditlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması
  • Kreditlərin girovla təmin olunması, girovların qiymətləndirilməsi, sığortalanması və müqavilə ilə rəsmiləşdirilməsi
  • Kreditlər üzrə monitorinqlərin təşkili, aparılması və hesabatların hazırlanması
  • Problemli kreditlərin idarə olunması üzrə fəaliyyətin qiymətləndirilməsi
  • Kredit sahəsində çalışan personalın müvafiq bilik və bacarığının, müvafiq təhsilinin və digər peşəkar keyfiyyətlərinin qiymətləndirilməsi
  • Kredit fəaliyyətini əks etdirən hesabatlığın qiymətləndirilməsi
  • Kredit fəaliyyətində iştirak edən müxtəlif struktur bölmələrinin qarşılıqlı əlaqələrinin qiymətləndirilməsi


Xəzinadarıq fəaliyyətinin auditi

  • Likvidliyin İdarə olunması
  • Xarici valyutanın alınması və satılması, valyuta mövqeyi
  • Bankdaxili kreditləşmə
  • Qiymətli kağızlar üzrə broker və diler əməliyyatları
  • APİK çərçivəsində fəaliyyətin qiymətləndirilməsi


Filial Şəbəkəsinin və Müştəri Xidmətləri üzrə fəaliyyətin auditi

  1. a) Filial Şəbəkəsinin auditi üzrə
  • Filial şəbəkəsinin idarə olunması üzrə struktur vahidinin normativ bazası
  • Filial şəbəkəsnin işinin koordinasiyası və qiymətləndirilməsi
  • Mövcud xidmətlər üzrə satışın (kredit resurslarının satışı, plastik kartların satışı, depozitlərin qəbulu, pul köçürmələri üzrə əməliyyatlar və s.) təşkili
  • Filial şəbəkəsinin qeyri-satış fəaliyyətinin qiymətləndirilməsi 
  • Personalın qiymətləndirilməsi
  • CRM tipli müştəri bazasının (database) qiymətləndirilməsi 
  • “Call Center”-in işinin qiymətləndirilməsi
  • Müştəri məmnunluğu
  • Satış üzrə hesabatlıq sisteminin formalaşması və hesabatların təqdimolunma sxemi
  • Filialların saxlanması və fəaliyyəti üzrə büdcə   
  • Filiallarda aparılan əməliyyatların standartlaşmasına nəzarət
  1. b) Müştəri Xidmətləri üzrə
  • Satış strukturu və normativ bazasının qiymətləndirilməsi
  • Satışın təşkili və müştəri bazasının qiymətləndirilməsi
  • Yeni müştərilərin cəlb edilməsi mexanizmi
  • Şöbənin personalının bilik və bacarığının qiymətləndirilməsi
  • İllik satış planı və satışın yerinə yetirilməsi
  • Hesabat Sisteminin qiymətləndirilməsi


Marketinq işinin auditi  

  • Marketinq planının qiymətləndirilməsi
  • Marketinq xərcləri üzrə Büdcə
  • Reklam və PR işinin təşkili
  • Digər struktur bölmələri ilə qarşılıqlı münasibət
  • Hesabatlıq sistemi
  • Bank bazarının öyrənilməsi, yeni məhsullara ehtiyacın araşdırılması və müxtəlif təhlillərin aparılması üzrə fəaliyyət  


İT işinin auditi  

  • Normativ baza
  • Əməliyyat sistemində işçilərə məsuliyyətlərin verilməsi və onlara əməl olunması
  • İT texnologiyalarının müvafiq standartlara uyğunluğu, Bankın İT təhlükəsizliyinin qiymətləndirilməsi
  • İT sisteminin təkmilləşdirilməsi üzrə büdcə


Maliyyə menecmenti işinin auditi

  • Departamentin normativ bazasının auditi 
  • Mühasibatlıq şöbəsində işin təşkili
  • İş bölgüsünün auditi (debitor və kreditorlar, gəlir və xərclər, əmək haqqının uçotu, sənədləşmə, əsas vəsaitlərin uçotu və inventarizasiyası, anbar uçotu, sənədlərin tikilməsi, arxivləşdirilməsi və saxlanması)
  • Hesabatlıqs qiymətləndirilməsi (əsas hesabat formaları, balans, gəlir və xərclər üzrə hesabat, nağd vəsaitlərin hərəkəti)
  • Personalın qiymətləndirilməsi
  • Departamentin İT aspektləri
  • Digər strukturlarla qarşılıqlı münasibət  


İnsan Resurslarının idarə edilməsi strukturunun auditi

  • İşə qəbul olunma, işə qəbul etmə və işdən  azad etmə prosedurlarının əmək qanunvericiliyinə uyğunluğu, əmək müqavilələri şərtlərinin əmək qanunvericiliyinə uyğunluğu
  • Kompensasiya və mükafatlandırma
  • İcranın idarə olunması, əməkdaşların qiymətləndirilməsi sistemi
  • İşçilərin inkişaf etdirilməsi, təlimlərin təşkil edilməsi, təlimlərdə alınmış biliklərin tətbiq olunması, işçi karyerasının planlaşdırılması və ehtiyat kdar
  • İşçilər arasında münasibət, əmək mübahisələrinin həll edilməsi prosedurları
  • Təhlükəsizlik, əmək müqaviləsi ilə personalın hüquqlarının qorunması və s.
  • İşçi məmnunluğu


Fırıldaqçılıqla mübarizənin auditi

  • Bank sektorunda mövcud fırıldaq əməliyyatları və onların yaranma səbəbləri
  • Fırıldaq əməliyyatlarının minimallaşdırılması üzrə aparılan tədbirlər


İnzibati işlərin auditi 

  • Müqavilələrin uçotu
  • Satınalmaların vəziyyətinin qiymətləndirilməsi
  • Tender komissiyasının işinin təşkili

Kursun sonunda iştirakçılar aşağıdakıları biləcəklər:

  • Daxili audit haqqında beynəlxalq standartları və yerli qanunvericliyi,
  • Daxili audit haqqında AMB-nin normative tələblərini,
  • Maliyyə Hesabatlarının Beynəlxalq standartlarını,
  • Risklər üzrə Bazel Komitəsinin prinsip və tövsiyyələrini, AMB-nin normativ aktlarını,
  • Audit planlaşması və icrasını,
  • Ayrı-ayrı sahələrdə risk əsaslı audit aparılmasını,
  • Audit hesabatlığını,
  • Audit tövsiyyələrinin icrasına nəzarəti və bir sözlə,
  • Banklarda daxili auditin həm nəzəri, həm də praktiki aspektlərini.
ABTC Təlimçiləri və konsultantları