ABFTC tərəfindən “Təchizat zəncirinin maliyyələşməsi (TZM) mexanizmi” mövzusunda təlim keçirilib

  • Ana səhifə
  • Xəbərlər
  • ABFTC tərəfindən “Təchizat zəncirinin maliyyələşməsi (TZM) mexanizmi” mövzusunda təlim keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, ABA və onun törəmə müəssisəsi olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən müvafiq dəstək tədbirləri görülür.

Bu prosesin davamı olaraq, 27 noyabr 2024-cü il tarixlərində ABFTC tərəfindən “Təchizat zəncirinin maliyyələşməsi (TZM) mexanizmi” mövzusunda təlim keçirilmişdir.

Baş tutan təlim proqramında təlimçilər qismində “Kapital Bank” ASC-nin Korporativ kreditlərin təhlili şöbəsinin rəisi Elçin Hacıyev və “Kapital Bank” ASC-nin  Korporativ kreditlərin təhlili şöbəsinin meneceri Nicat Mustafazadə çıxış etmişdirlər. Təlimdə 11 nəfər iştirak etmişdir.

Xatırladaq ki, bundan əvvəl cari ilin iyul, sentyabr və oktyabr  aylarında keçirilmiş  “MKOB-ların maliyyələşdirilməsi mövzusuna giriş”, “Anderraytinq prinsipləri”, “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi”, “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uyğunluq”, “MKOB Kredit monitorinqi və portfelin idarə edilməsi”, “MKOB-ların Kreditləşməsi Hesabat və sənədləşdirmə”  mövzularındakı təlimlərdə 100 bank əməkdaşı iştirak etmişdir. Ümumilikdə isə bu tədbirlər çərçivəsində 111 nəfər bank əməkdaşı bu təlimlərdən faydalanmışdır.

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-ə yaxın mövzu üzrə, 37.936 mindən çox dinləyiciyə 2570-ə yaxın təlim kursu təşkil edilmişdir.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.