Yeni üfüqləri kəşf edirik

ABA-nın “Satınalmalar departamenti”nin üzvlərinin Türkiyə səfəri başa çatmışdır

  • Ana səhifə
  • Xəbərlər
  • ABA-nın “Satınalmalar departamenti”nin üzvlərinin Türkiyə səfəri başa çatmışdır

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Banklar Birliyinin dəstəyi ilə 3-4 iyun 2024-cü il tarixlərində ABB-nin satınalmalar departamentinin üzvlərinin İstanbula səfəri başa çatmışdır.

Səfər zamanı bir sıra mövzular müzakirə edilmişdir. İlk olaraq, Türkiyə banklarında satınalma prosedurlarının rəqəmsallaşdırılması və istifadə olunan virtual platformalar haqqında məlumat verilmişdir. Bundan əlavə, xarici və daxili təchizatçı bazasının genişləndirilməsi üsulları da geniş şəkildə müzakirə olunmuşdur.

Satınalma prosesində fırıldaqçılığın qarşısını almaq və riskləri idarə etmək üçün tətbiq olunan mexanizmlər haqqında da danışılmışdır. Bu mexanizmlərin effektivliyi və tətbiq olunma üsulları ətraflı şəkildə müzakirə edilmişdir.

Satınalma işçiləri üçün əsas performans göstəriciləri də nəzərdən keçirilmişdir. Bu göstəricilər, işçilərin fəaliyyətini qiymətləndirmək və onların performansını artırmaq məqsədi daşıyır.

Kadrların təlimi və inkişafı da müzakirə edilən əsas mövzular arasında idi. Satınalma üzrə kadrların peşəkar bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları və inkişaf strategiyaları haqqında fikir mübadiləsi aparılmışdır.