ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başa çatmışdır

  • Ana səhifə
  • Xəbərlər
  • ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 5-6 fevral 2025-ci il tarixlərində ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başa çatmışdır.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzular ətrafında müzakirələr  aparılmış və xarici təcrübə öyrənilmişdir.

  • İnsan resurslarının planlaşdırılması və işə qəbul proseslərində ən yaxşı təcrübələr;
  • Bank işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və monitorinqi;
  • HR – biznes tərəfdaş kimi;
  • Maddi və qeydri-maddi motivasiyası (İT sektoru işçilərinin motivasiyası daxil olmaqla);
  • Əmək haqqı siyasəti;
  • HR Analitikası,
  • İş yükü təhlili və hesabatlılıq;
  • İnsan resurslarının idarə edilməsi və süni İntellektin HR Proqram təminatında tətbiqi;
  • Məsafəli insan resurslarının idarə edilməsi, rəqəmsal HR və məlumata əsaslanan HR;
  • Performans və bacarıqların idarəedilməsi;
  • Təlim və inkişaf sisteminin yaradılması və təlimin səmərəliliyinin artırılması;
  • Çevik (Agile) idarəetmədə HR

 

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlərin təşkil edilmişdir:

  1. Emirates NBD;
  2. Commercial Bank of Dubai;
  3. Standard Chartered Bank;
  4. Mashreq Bank.

 

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.