Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 19-21 noyabr 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların hüquqi məsələlər üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Kuala Lumpura səfəri baş tutmuşdur.
Səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir:
- Bank Islam Malaysia;
- MayBank;
- CIMB Group;
- RHB Islamic Bank;
- IBFIM.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır:
- Rəqəmsal transformasiyanın hüquqi tətbiqi;
- Hüquqşünaslar üçün innovativ həllər;
- Hüquq və süni intellekt idarəçiliyinin kəsişməsi;
- Hüquq və komplayns strukturlarının formalaşması və vəzifələri;
- Banklarda korporativ idarəetmənin əsasları və tənzimləyici tələblər; hüquq departamentinin fəaliyyəti;
- Korporativ hüquq və korporativ idarəetmədə hüquqi uyğunluğun rolu;
- Prosessual hüquq və hüquqşünaslar üçün biznes strategiyası;
- Bankların qanunvericilik prosesində rolu və maraqların toqquşmasını qiymətləndirmə metodları;
- Məhkəmə qərarlarının icra mexanizmləri və İslam bankçılığı və ya ümumi məhkəmə və icra təcrübələri;
- Bankçılıq, onlayn bankçılıq və borc yığım prosedurlarına ümumi baxış;
- İslam bankçılığı üzrə kreditlərin bərpası, rəqəmsallaşma və müqavilə idarəçiliyi;
- Əməliyyatların monitorinqi məlumatlarının təqdim edilməsi qaydaları;
- İqtisadi subyektlər üçün məsafədən hesabların açılması prosesini tənzimləyən normativ sənədlər və hesab açılarkən benefisiar sahiblər barədə məlumatların tənzimlənməsi.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.