Bankın Sertifikasiyalı Kredit Mütəxəssisi

40 saat
500 AZN
Azərbaycan
sertifikasiya proqramı

Təlimin başlama tarixi: 18.10.2022

Təlimin bitmə tarixi: 27.12.2022

Həftənin günləri: 2,4

Təlimin başlama saatı: 19:00 – 21:00

Kimlər üçün nəzərdə tutulub:

Kredit mütəxəssisləri, kredit təşkilatlarında kredit sahəsində işləmək istəyən şəxslər

Təlim forması:

Proqram qarışıq təlim formasında təqdim olunur. Proqramda keçirilən mövzulıar üzrə materiallar ən azı 3 gün əvvəl tanış olmaq və sualları hazırlamaq üçün dinləyicilərə göndərilir. Üzbəüz təlim zamanı və təlim zamanı materiallar üzrə dinləyicilərin suallarına cavab və izahatlar verilir, praktiki məşğələlər edilir.

Sertifikasiya şərləri:

Proqramın təlimi dövründə 2 test keçirilir. Testlər verilmiş materiallar və təlimçinin verdiyi məlumatlar və izahatlar üzərindən hazırlanır.

Hər bir test üçün maksimum bal 50-dir.

İki testin yekununa görə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Proqramı müvəfəqiyyətlə başa vurmuşdur”, ondan aşağı toplayan dinləyicilərə isə “Proqramda iştiak etmişdir” sertifikatı verilir.

Dərslərdə 50%-dən aşağı iştirak etmiş dinləyiciyə heç bir sertifikat verilmir, yalnız müraciət olunduğu halda arayış verilir.

Proqramın qısa məzmunu:

Modul 1. Azərbaycanda kredit sistemi
Təlimçi: Rauf Ağayev

  • Kredit sisteminin strukturu
  • Kredit təşkilatları və onların funksiyaları

Modul 2. Kredit işinin təşkili
Təlimçi: Etibar İsrafilov

  • Kreditləşmə strukturu
  • Filial, kredit departamenti və Kredit komitələrinin funksiyaları
  • Kredit biznesində “ön” və “arxa” ofis strukturunun funksiyaları
  • Kredit risklərinin idarə edilməsi strukturunun funksiyaları
  • Problemli kreditlərinin idarə edilməsi strukturunun funksiyaları
  • Kredit limitləri
  • Kreditləşmə sahəsində səlahiyyət bölgüsü

Modul 3. Borcalanın maliyyə təsərrüfat fəaliyyətinin təhlili
Təlimçilər: Etibar İsrafilov, Rauf Ağayev, Nəriman İmranov

  • Balansın təhlili
  • Mənfəət və zərər hesabatının təhlili
  • Nağd pulun hərəkəti cədvəlinin təhlili
  • Maliyyə əmsallarının təhlili

Modul 4. Borcalanın kredit sifarişinin və kredit risklərinin qiymətləndirilməsi
Təlimçilər: Etibar İsrafilov, Rauf Ağayev, Nəriman İmranov

  • Borcalanı “6 C” prinsipi ilə qiymətləndirilməsi
  • Kredit reytinqi
  • Kredit skorinqi

Modul 5. Kreditin verilməsi və idarə edilməsi
Təlimçilər: Etibar İsrafilov, Rauf Ağayev, Nəriman İmranov

  • Kreditin sənədləşməsi
  • Kreditin verilməsi
  • Kreditin idarə edilməsi
  • Kreditin monitorinqi
  • Problemlərin qabaqcadan müəyyən olunması
  • Problemli kreditlərin idarə edilməsi

Modul 6. Kreditləşmə üzrə Azərbaycan Mərkəzi Bankının qaydaları
Təimiçilər: Orxan İsmayılov, Etibar İsrafilov

  • Kreditlərin idarə edilməsi
  • Aktivlərin təsnifləşdirilməsi
  • Bir borcalan və borcalanlar qrupunun kreditləşdlrilməsi
  • Aidiyyəti şəxslərin kreditləşdırilməsi

Modul 7. Kredit məhsullarının marketinqi və satışı
Təlimçilər: İlkin Qarayev, Anar Hüseynov

  • Kredit məhsullarının marketinqi
  • Biznes kreditlərin satışı
  • Pərakəndə kreditlərin satışı
ABTC Təlimçiləri və konsultantları