Banklarda maliyyə nəzarəti

12 saat
300 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub
Maliyyə Menecmenti Departamentlərinin direktorları, Baş mühasiblər

Proqramın qısa məzmunu​:

Təqdimat və ilkin test

Modul 1. Məhsul və xidmətlərin maya dəyərinə nəzarət

  • Banklarda maliyyə nəzarətinin mahiyyəti
  • Məhsul və xidmətlərin maya dəyərinin hesablanması və qiymətqoyma işinin bankda təşkili
  • Məhsul və xidmətlərin maya dəyərinə daxil olan xərc maddələrinin müəyyənləşməsi
  • Maya dəyərinin dəyişməsinə təsir edən amillər


Modul 2. Məhsul və xidmətlərin, habelə müştərilərin mənfəətliliyinə nəzarət

  • Məhsul və xidmətlərin qiymətlərinin müəyyən olunması
  • Qiymət siyasəti və ona təsir edən amillər
    Qiymətə nəzarət
  • Məhsul və xidmətlərin mənfəətliliyə nəzarət
  • Müştərilərin mənfəətliliyinə nəzarət


Modul 3. Gündəlik bank əməliyyatlarına maliyyə nəzarəti

  • Müştəri əməliyyatlarının düzgün əks olunmasına nəzarət
  • Bankdaxili əməliyyatların düzgün aparılmasına nəzarət
  • Xəzinədarlıq əməliyyatlarının düzgün əks olunmasına nəzarət
    Hesabatlığa nəzarət


Yekun test

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

  • məhsul və xidmətlərin maya dəyərinin hesablanması və qiymət siyasəti işinin bankda təşkili və mümkün təşkilati formalarını,
  • ABC metodu ilə maya dəyərinin hesablanmasını,
  • məhsul və xidmətlərin maya dəyərinə aid edilən xərc maddələrinin müəyyən olunması metodologiyasını,
  • daxili qiymətlərin məhsul və xidmətlərin maya dəyərinin müəyyən olunmasındakı rolunu,
  • qiymət siyasəti və onun bazarla əlaqəsini,
  • qiymətlərin diversifikasiyasını,
  • məhsul və xidmətlərin, habelə müştərtilərin mənfəətliliyinə nəzarəti,
  • maya dəyərinə və qiymətə nəzarət sistemlərini,
  • bankda aparılan gündəlik əməliyyatlara və onların maliyyə hesabatlarında əks olunmasına nəzarəti.
Azər Əliyev
Azər Əliyev

Təlimçi | Məsləhətçi

Təhsili

  • Azərbaycan Dövlət İqtisad İnstitutu, maliyyə kredit fakültəsi, fərqlənmə diplomu, 1993
  • Moscow Technological Institute «WTU» – 2011
    Moscow Business School, МВА – 2011


İş təcrübəsi

  • 2015-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankı – maliyyə idarəetməsi departamentinin direktor müavini, Büdcə və maliyyə nəzarəti şöbəsinin rəisi
  • 2006-2015-ci illər Azərbaycan Respublikası Mərkəzi Bankı – maliyyə idarəetməsi departamentinin direktor müavini
  • 2000-2006 Azərbaycan Respublikası Mərkəzi Bankı – mühasibat uçotunun metodologiyası şöbəsinin rəisi
  • 1995-2000-ci illər, Azərbaycan Respublikası Milli (Mərkəzi) Bankı, mühasibat uçotu və hesabatı departamenti, baş iqtisadçı
  • 1993-1994-ci illər, Azərbaycan Respublikası Milli (Mərkəzi) Bankı, banklararası hesablaşmalar idarəsi, aparıcı iqtisadçı


Xüsusi nailiyyətləri:

  • Bank sistemində mühasibat uçotunun MHBS-yə keçid, hesablar planının hazırlanması və tətbiqi layihələri
  • Mərkəzi Bankda fəaliyyət əsaslı xərc mühasibatlığının (Activity Based Costing) tətbiqi
  • Azərbaycanda Mühasibat Uçotu üzrə Məsləhət Şurasının üzvü


Aparılan təlim mövzuları:

  • Mühasibat uçotu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, daxili audit, büdcə və maliyyə nəzarəti, maliyyə təhlili, strateji idarəetmə