Təlimin başlama tarixi: 18.05.2022
Təlimin bitmə tarixi: 29.07.2022
Həftənin günləri:1,3,5
Təlimin başlama saatı: 19:00-21:00
Kimlər üçün nəzərdə tutulub:
Mühasibat işini peşəkar səviyyədə öyrənmək istəyən bütün şəxslər və bu sahədə biliklərini möhkəmləndirmək istəyən mütəxəssislər
Sertifikatlaşma qaydaları:
Proqrmın təlimi dövründə 2 test keçirilir. Testlər verilmiş materiallar və təlimçinin verdiyi məlumatlar və izahatlar üzərindən hazırlanır. Təlim mövzuları üzrə keçirilən 2 testin ümumi nəticələri üzrə 75 və ondan yuxarı bal toplayan dinləyiciyə “Müvəffəqiyyət”, bundan aşağı nəticə göstərənlərə isə “İştirak” sertifikatı təqdim olunur. Dərslərdə 50%-dən aşağı iştirak etmiş dinləyiciyə heç bir sertifikat verilmir, yalnız müraciət olunduğu halda arayış verilir.
Proqramın qısa məzmunu:
Modul 1. Mühasibat işinin əsasları
Modul 2. Mühasibat uçotu
Modul 3. Vergi uçotu
Modul 4. Maliyyə hesabatları
Rauf Zeynalov “Menecment” ixtisası üzrə 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr, 2010-cu ildə isə magistr dərəcəsini bitirmişdir.
Özünün və eyni zamanda karyerasının inkişafını əsas tutaraq 2011-ci ildən Azərbaycan Bank Tədris Mərkəzində Assistent kimi fəaliyyətə başlamışdır.
Yanvar 2012-ci il tarixində Rauf Zeynalov Azərbaycan Bank Tədris Mərkəzinin Maliyyə Menecerinin assistenti vəzifəsinə təyin edildi.
İyul 2012-ci il tarixindən bugünədək Rauf Zeynalov, Azərbaycan Bank Tədris Mərkəzində Baş Mühasib vəzifəsində fəaliyyət göstərir.
Biliklərinin və əldə etdiyi təcrübələrinin digərləri ilə bölüşməsi məqsədilə Rauf Zeynalov 2015-ci ildən etibarən Azərbaycan Bank Tədris Mərkəzində “Mühasibat uçotu” mövzusunda təlimlər aparır.