Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABMTM) bundan 25 il əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankının və Avropa Birliyinin TACIS proqramının dəstəyi ilə yaradılmışdır.
Bu illər ərzində 38000-dən çox iştirakçısı olmuş geniş çeşidli ixtisas artırma təlimlə ilə yanaşı peşə və şəxsi keyfiyyətlərin qiymətləndirilməsi üzrə 75-dən çox test layihələri həyata keçirilib və bunlarda 40000-çox şəxs iştirak edib.
Əsas fəalliyyət istiqamətləri təlimlərinm keçirilməsi, məsləhət və qiymətləndirmə həyata keçirilməsi, maliyyə sektorunu əhatə edən müxtəlif araşdırmaların aparılmasıdır.
Məhşur “Thomas İnternational” şirkəti ilə birlikdə apardığımız psixometrik qiymətləndirmə layihələri artıq aparıcı banklar, iri şirkət və holdinqlər arasında geniş yayılıb. Bu günə qədər 2256 iştirakçısı olan 28 layihə həyata keçirib.
Bu 25 il ərzində bank işinin bütün istiqamətlərini əhatə edən qısamüddətli kurslar ilə yanaşı bank işi üzrə uzunmüddətli təlim proqramları təqdim olunmağa başlamışdır, mövcud bankirlərin ixtisaslarının artırılması kurslarından başqa peşəkar bank işçisi hazırlayan uzunmüddətli proqramlar təqdim olunmağa başlamışdır. Bu dövrdə Mərkəz bank işçilərinin bilik və vərdişlərinin qiymətləndirilməsi üçün test bazası yaratdı və qiymətləndirmə xidmətlərini təşkil etmişdir.
Mərkəz qlobal iqtisadiyyatdakı çalxantıların təsirlərinin, eləcə də koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərin iqtisadiyyata və bank sektoruna gətirdiyi müvəqqəti çağırışları effektiv idarə etmək üçün həm xidmətlərinin diversifikasiyası strategiyasını tətbiq etdi, həm də təlim üslublarını təkmilləşdirməklə müasir platformalarda onlayn təlimlər keçirməyi hərtərəfli tətbiq etmişdir.
Hal hazırda mərkəz mövcud xidmətləri ilə yanaşı müasir yanaşmaların yerində və birbaşa tətbiq edildiyi bençmarkların öyrənilməsinə töhfə vermək məqsədi ilə Avropanın, Asiyanın,Yaxın Şərqin və qonşu ölkələrin aparıcı maliyyə qurumlarında Azərbaycan banklarının menecerləri üçün geniş miqyaslı təlim və təcrübə mübadiləsi proqramlarının təşkilinə geniş yer verir.
Gələcəyə baxaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə sektorunda fəaliyyət göstərən assosiasiyalarla sıx və hərtərəfli əməkdaşlıq qurub, respublikanın aparıcı ekspertlərini və xarici partnyorlarımızı cəlb edib bütün maliyyə sektoru üçün vahid təlim mərkəzinə çevrilməyi əsas strateji hədəf kimi müəyyənləşdirmişdir.