Yeni üfüqləri kəşf edirik

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Bankalar Birliyinin dəstəyi ilə 24-25 iyul 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur. 30 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş 2 günlük səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir: 1. Ziraaat Bankası; 2. Halk Bankası; 3. Yapı Kredi Bank; 4. AkBank; 5. TBB Risk Mərkəzi Səfər çərçivəsində iştirakçılar kredit borclarının təqibi, problemli kreditlərin monitorinqi, problemli işlərin məhkəməyə hazırlıq və məhkəmə proseslərinin təşkili, girovun realizasiyası, icra prosesi zamanı tərəflərin məlumatlandırılması qaydası və yolları, riskin idarə edilməsi, RPA (Robotik Proseslərin Avtomatlaşdırılması) və süni intellketin tətbiqi, problemli kreditlərin idarə edilməsində müasir yanaşmalar və s. mövzularda dinləmələr və müzakirələr aparılmış, mütəxəssislərimizi maraqlandıran suallara cavab verilmişdir. Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin Türkiyə Cümhuriyyətinə səfəri təşkil edilmişdir.

  • Ana səhifə
  • Təlimlər
  • ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin Türkiyə Cümhuriyyətinə səfəri təşkil edilmişdir.

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Bankalar Birliyinin dəstəyi ilə 24-25 iyul 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların problemli kreditlərin idarə edilməsi üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.

30 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş 2 günlük səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir:

  1. Ziraaat Bankası;
  2. Halk Bankası;
  3. Yapı Kredi Bank;
  4. AkBank;
  5. TBB Risk Mərkəzi

Səfər çərçivəsində iştirakçılar kredit borclarının təqibi, problemli kreditlərin monitorinqi, problemli işlərin məhkəməyə hazırlıq və məhkəmə proseslərinin təşkili, girovun realizasiyası, icra prosesi zamanı tərəflərin məlumatlandırılması qaydası və yolları, riskin idarə edilməsi, RPA (Robotik Proseslərin Avtomatlaşdırılması) və süni intellketin tətbiqi, problemli kreditlərin idarə edilməsində müasir yanaşmalar və s. mövzularda dinləmələr və müzakirələr aparılmış, mütəxəssislərimizi maraqlandıran suallara cavab verilmişdir.

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Kelly Crowl Masterclass

Don’t Miss Out!

Save your spot now and get the early bird discount Early Bird $80 | Drop-in $140