Praktiki Vergi Uçotu

30 saat
400 AZN
Azərbaycan

Təlimin başlama tarixi: 10.05.2022

Təlimin bitmə tarixi: 28.06.2022

Həftənin günləri: 2,4

Təlimin başlama saatı: 19:00-21:00

Kimlər üçün nəzərdə tutulub:

  • Mühasib və vergi mütəxəssisi kimi yeni fəaliyyətə başlayan şəxslər
  • Gələcəkdə vergi məsləhətçisi kimi fəaliyyət göstərmək istəyən şəxslər

Proqramın qısa məzmunu:

Təqdimat və ilkin test

Modul 1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi və vergi sistemi

  • Azərbaycan Respublikasının vergi sistemi
  • Vergi yoxlamaları
  • Vergi qanunvericiliyində məsuliyyət məsələləri, tətbiq edilən maliyyə sanksiyaları

 

Modul 2. Fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi

  • Rezident və qeyri-rezident şəxslərin bölgüsü
  • Fiziki şəxslərin gəlirlərinin bölgüsü, tətbiq edilən vergi dərəcələri
  • Fiziki şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərinin praktiki misallar əsasında izahı
  • Hüquqi şəxslərin gəlirlərinin bölgüsü, tətbiq edilən vergi dərəcələri.
  • Hüquqi şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərinin praktiki misallar əsasında izahı
  • Gəlirdən çıxılan və çıxılmayan xərclər
  • Amortizasiya və təmir xərclərinin gəlirdən çıxılmasının praktiki aspektləri
  • Aktivlər təqdim edilərkən gəlir və zərərin müəyyənləşdirilməsi
  • Rezident və qeyri-rezident şəxslərin gəlirlərindən ödəmə mənbəyində verginin tutulması
  • İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin müddəaları
  • Vergi ödəyiciləri tərəfindən gəlirlərin və xərclərin uçotunun aparılması
  • Vergi ödəyicilərinin ixtiyarında olan əmtəə-material ehtiyatlarının uçotunun aparılması.

 

Modul 3. Gəlir və mənfəət vergiləri ilə bağlı hesabat və arayışların hazırlanması

  • Ödəmə mənbəyində tutulan vergilərin bəyannaməsinin praktiki məlumatlar əsasında BTP proqram təminatı vasitəsilə tərtib olunması və göndərilməsi
  • Hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin praktiki məlumatlar əsasında BTP proqram təminatı vasitəsilə tərtib olunması və göndərilməsi
  • Cari vergi ödəmələrinin hesablanması, arayışın hazırlanması və qeydiyyatı.

 

Modul 4. Əlavə dəyər vergisi ilə bağlı vergitutmanın əsas xüsusiyyətləri

  • Əlavə dəyər vergisinin mahiyyəti
  • Qeydiyyat və qeydiyyatın ləğvi prosedurları
  • Vergitutma obyekti və bazası
  • Dəqiqləşdirilməli olan dövriyyələrin praktik izahı
  • ƏDV-yə (18 və 0 % dərəcəsi ilə) cəlb edilən və azad edilən əməliyyatlar
  • ƏDV-yə cəlb edilən əməliyyatlar aparılarkən vaxtın və yerin müəyyən edilməsi
  • Qeyri-rezidentlər üzrə aparılan ödənişlərin ƏDV-yə cəlb edilməsi
  • Əvəzləşdirilən ƏDV hesablanmış ƏDV məbləğindən artıq olduqda büdcə ilə münasibətlər.

 

Modul 5. ƏDV ilə bağlı praktiki hissə

  • ƏDV bəyannaməsinin praktiki məlumatlar əsasında BTP proqram təminatı vasitəsilə tərtib olunması və göndərilməsi
    • ƏDV ödəyicilərinin təqdim etməli olduğu hesabat
    • ƏDV ödəyicisi olmayan vergi ödəyicilərinin təqdim etməli olduğu hesabat
  • ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması
  • Elektron qaimə-fakturaların tərtib edilməsi
  • Əvəzləşdirilən elektron qaimə-fakturaların ƏDV bəyannaməsinə əlavə edilməsi.

 

Modul 6. Hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərinin hesablanması və ödənilməsi

  • Hüquqi və fiziki şəxslərin əmlak vergilərinin hesablanması və ödənilməsi
  • Hüquqi və fiziki şəxslərin torpaq vergilərinin hesablanması və ödənilməsi
  • Vergi bəyannamələrinin (əmlak, torpaq) BTP proqram təminatı vasitəsilə tərtib olunması və göndərilməsi

 

Modul 7. Sadələşdirilmiş sistem üzrə vergitutmanın əsas xüsusiyyətləri

  • Sadələşdirilmiş verginin ödəyiciləri
  • Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə sadələşdirilmiş verginin hesablanması və ödənilməsi
  • Vergi bəyannaməsinin internet üzərindən tərtib olunması və göndərilməsi

 

Modul 8. Digər qanunvericilik

  • Nağdsız hesablaşmalar aparılması zamanı vergi məsələləri
  • İcbari sığorta haqlarının hesablanması qaydası
  • “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”
  • “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

        Yekun test.

Kursun sonunda dinləyicilər aşağıdakıları biləcəklər:

  • Dövlət və bələdiyyə vergilərinin tərkibini,
  • Vergi yoxlamaları zamanı ortaya çıxan halları, sahibkarın və mühasibin məsuliyyətini,
  • Fiziki şəxslərin gəlirlərinin bölgüsünü,
  • Hüquqi şəxslərin vergiyə cəlb edilən və edilməyən gəlirlərini (mənfəətini),
  • Gəlirdən çıxılan, çıxılmayan və müəyyən şərtlər daxilində çıxılan xərcləri
  • Vergi tutulan əməliyyatlar üzrə büdcəyə hesablanmalı və əvəzləşdirilməli olan ƏDV məbləğini,
  • Depozit hesabı üzrə əməliyyatları,
  • Əmlak, torpaq və sadələşdirilmiş vergilərin əsas xüsusiyyətlərini,
  • Vergi hesabatlarının tərtibi və göndərilməsi qaydasını,
  • Cari vergi ödəmələri üzrə arayışın hazırlanması və qeydiyyatını
  • Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsini,
  • ƏDV-nin əvəzləşdirilməsi prosedurunu,
  • İnternet vergi idarəsindən istifadə qaydalarını,
  • İcbari sığorta ödəmələrinin hesablanması və ödənilməsini,
  • Nağd və nağdsız əməliyyatlar üzrə qanunvericiliyin tələblərini.

Rəşad Əhmədov

Təhsili

2002- 2006  Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadiyyatın tənzimlənməsi fakültəsi, iqtisadçı

2008-2011 Mingəçevir Politexnik İnstitutu, İqtisadiyyatın tənzimlənməsi fakültəsi (magistratura)

2011- 2018  Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, sahə iqtisadiyyatı (doktorantura).

 

İş təcrübəsi

2021- hal-hazırda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində Vergi qanunvericiliyinin tədrisi şöbəsində şöbə rəisi

2015-2021-ci  ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Vergi qanunvericiliyinin tədrisi şöbəsi, dosent

2018-2020-ci illər Azərbaycan Universiteti, “Maliyyə və iqtisadiyyat” kafedrasının saat hesabı müəllimi

2011-2015-ci illər Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsi, Audit şöbəsi, baş dövlət vergi müfəttişi

2008-2011 – ci illər, İqtisadi İnkişaf  Nazirliyi,  Dağlıq Şirvan regional şöbəsi, baş məsləhətçi

2007-2008 – ci illər, “Vesəloğu-yaycılı qardaşlar” MMC, anbar şöbəsi, uçotçu-mühasib

Apara bildiyi və təqdim edə bildiyi təlim və məsləhət xidmətləri

  • Vergi qanunvericiliyi və vergi sistemi. Vergi əməliyyatlarının uçotu. Uçot mənfəəti və vergi mənfəətinin oxşar və fərqli tərəfləri. Ayrı-ayrılıqda Gəlir, Mənfəət, Əlavə dəyər verigisi və digər vergi növləri üzrə praktiki təlimlər
  • Müxtəlif növ vergi mükəlləfiyyətləri üzrə vergi məsləhətləri.

Xüsusi nailiyyətləri

11 – adda elmi məqalənin müəllifidir.

2010-cu ildə “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin institusional quruculuğu və potensialının artırılmasına dair texniki yardım” layihəsi çərçivəsində Türkiyə Respublikasının Ankara şəhərində keçirilən treninqlərin iştirakçısı

2010-cu ildə Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Elektron İdarəetmə informasiya cəmiyyətinə aparan yol”   mövzusunda keçirilən treninqin iştirakçısı

2009 – cu ildə Dövlət Əmlak Komitəsi tərəfindən “Özəlləşdirilmiş Müəssisələrə investisiyaların cəlb edilməsi Əsasında Maliyyə Potensiyalının Artırıması Layihəsi” mövzusunda keçirilən treninqin iştirakçısı.