Hüquqi İslahatlara Yardım İctimai Birliyinin sədri, Arbitraj və Mediasiya Mərkəzinin direktoru, Azerbaijan İnternational Consulting Company MMC-nin və Beynəlxalq Hüquq Şirkətinin direktoru
Beynəlxalq sertifikatlar:
2003-cü ildə “İnsan hüquqları sahəsində çalışan hüquqşünaslar üçün” təlim kursunu bitirərək, Hollandiya Helsinki Komitəsinin hüquq müdafiəçisi sertifikatını alıb.
Beynəlxalq kommersiya arbitrajı və mediasiya sahəsində bir sıra xarici arbitraj institutları (İtaliya, Rusiya Federasiyası, Stokholm və s.) ilə qarşılıqlı əməkdaşlığa verdiyi töhfəyə görə sertifikatlara layiq görülmüşdür.
Azərbaycan Bank Tədris Mərkəzinin təlimçi-eksperti sertifikatı;
Elmi fəaliyyətləri:
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun dissertantıdır. “Beynəlxalq mübahisələrin həllində vasitəçiliyin (mediasiyanın) rolu və əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir.
Xüsusi nailiyyətləri:
Azərbaycan Respublikasında ilk dəfə (2003) Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin yaradılmasının təşəbbüskarı olmuşdur;
Azərbaycan Arbitraj və Mediasiya İnstitutunun yaradılmasında və inkişafında xüsusi nailiyyətlər əldə etmişdir. Hazırda arbitraj və mediasiya institutunun fəaliyyətinin inkişaf etdirilməsində uğurlu tədbirləri davam etdirir;
“Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan” (Bakı 2002), “Münsiflər Məhkəməsi; qanunvericilik, təcrübə və şərhlər” (Bakı 2002) kitablarının elmi redaktoru, “Vərəsəlik (normativ aktlar, qərarlar və şərhlər: 1923-2000-ci illər)” (Bakı 2008) kitabının, “MEDİASİYA mübahisələrin məhkəmədənkənar alternativ həlli vasitəsi kimi” kitabının müəllifidir.