Kreditlərin qiymətləndirilməsi

12 saat
300 AZN
Azərbaycan

Təlimin başlama tarixi: 22.06.2022

Təlimin bitmə tarixi: 24.06.2022

Həftənin günləri: 3,4,5

Təlimin başlama saatı: 14:00-18:00

Kimlər üçün nəzərdə tutulub

Kredit departamentinin (şöbəsinin) müdir və işçiləri, Filial müdirləri və kredit əməliyyatları ilə məşğul olan bütün kateqoriya işçilər, Kreditləşmə fəaliyyəti ilə məşğul olan digər maliyyə institutlarının mütəxəssisləri

Proqramın qısa məzmunu

Təqdimat və ilkin test

Modul 1. Kreditin qiymətləndirilməsinin təşkili 

  • Kredit siyasətinin formalaşması
  • Kredit fəaliyyətinin təşkili və kredit mütəxəssislərinin vəzifələri


Modul 2. Kreditin qiymətləndirilməsi prinsipləri 

  • Kredit sifarişlərinin qiymətləndirilməsinin 6 «C» prinsipi
  • Şəxsi layiqliyin qiymətləndirilməsi
  • Hüquqi layiqliyin qiymətləndirilməsi
  • Maliyyə layiqliyinin qiymətləndirilməsi
  • Aktivlərin qiymətləndirilməsinin növləri və metodları
  • Əmlakın qiymətləndirilməsinin xüsusiyyətləri (torpaq, tikililər, avadanlıq, maşınlar, əmtəə və s.)
  • Müştərinin kredit reytinqinin müəyyənləşdirilməsi


Modul 3. Qiymətləndirmənin sənədləşdirilməsi

Yekun test

Kursun sonunda dinləyilər aşağıdakıları biləcəklər:

  • bankın strategiyasına uyğun olaraq, kredit siyasətinin formalaşmasını,
  • kredit işinin təşkilini,
  • kredit işçilərinin vəzifələrini və onlara olan tələbləri,
  • kreditləşmə prinsiplərini,
  • maliyyə təhlilinin aparılmasını,
  • layiqliklərin müəyyən olunmasını,
  • borcalanın aktivlərinin və girovunun qiymətləndirilməsini,
  • kredit riskləri və müştərinin biznes risklərinin qiymətləndirilməsini,
  • müştərinin kredit reytinqinin müəyyənləşməsini,
  • qiymətləndirmənin nəticələrinin sənədləşməsini,
  • memorandum hazırlanmasını və onun formasını,
  • kreditin qiymətinin, verilmə və ödəniş müddətlərinin müəyyənləşməsi yollarını,
  • kredit risklərinin təsnifləşdirilməsini.
Etibar İsrafilov
Etibar İsrafilov

Təlimçi

Təhsili

  • Azərbaycan Dövlət İqtisad Universiteti, Kommersiya fəaliyyəti fakültəsi, 2005-ci il
  • Xarkov Dövlət Ticarət və Qida Universiteti, Əmtəəşünaslıq və Gömrük ekspertizası fakültəsi, 2015-ci il

 

İş təcrübəsi

  • 2018-ci ildən AFB Bank ASC,  Departament direktoru
  • 2017 – 2018-ci illər Dəmirbank ASC,  Şöbə müdiri
  • 2016 – 2017-ci illər Nikoil Kommersiya Bankı ASC Şöbə müdiri
  • 2015 – 2016-ci illər IPC – İnternationale Projekt Consult GmbH (Almaniya Federativ Respublikası), MSE maliyyə eksperti (Şəkərbank Türkiyə)
  • 2015 – 2016-ci illər, NAB Holding,  TCF BOKT ASC, Şöbə müdiri
  • 2014 – 2015-ci illər, NAB Holding,  Qafqaz Leasing ASC, Şöbə müdiri

 

Beynəlxalq sertifikatlar:

  • “KOM-in kreditləşməsi” (GAF, SBFIC) 2005-ci il
  • “KOM kredit meneceri” (EBRD, SBFIC) 2009-cu il
  • “Təlimçi, KOM kredit texnologiyası, D kateqoriyası” (EBRD, SBFIC) 2010-cu il

 

Xüsusi nailiyyətləri:

  • 40-dan yuxarı təlim
  • 4-dən artıq yerli və xarici şirkətlərdə məsləhət xidmətləri layihələrində məsləhətçi

 

Aparılan təlim mövzuları:

  • Maliyyə təhlili;
  • Maliyyə cədvəllərinin tərtibi və təhlili (Balans, MZH, Nağd pul axını);
  • Maliyyə məlumatlarının çarpaz yoxlanılması;
  • Maliyyə əmsalları;
  • Nağd pul axını hesabatının tərtib edilməsi metodları və proqnoz;
  • Maliyyə cədvəllərinin təhlili metodları;
  • Kənd təsərrüfatı kreditləşməsi (AGRO);
  • Maliyyə savadlılığı

 

Təqdim edilən məsləhət xidmətləri:

  • Bank və Bank olmayan kredit təşkilatlarında MSE, SME kreditləşmə sahəsinin qurulması və inkişafı.
MÖVZU QRUPUNA AİD DİGƏR TƏLİMLƏR
  • Kredit
  • Təlim işinin təşkili
  • Microsoft Office proqramları
  • DISC tipologiyası

“Certified PPA Practitioner” sertifikasiya proqramı