COSO standartları əsasında daxili nəzarət sistemlərinin qiymətləndirilməsi, hesabat və tövsiyələrin təqdim olunması.
Daxili nəzarət sistemləri üzrə siyasətin hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
Audit Komitəsinin reqlamentinin hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
Daxili auditin reqlamentinin hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
Audit siyasətinin hazırlanması (varsa, yenidən baxılması və təkmilləşdirilməsi).
Auditə hazırlıq işinin təkmilləşdirilməsi.
Audit aparılması işinin təkmilləşdirilməsi.
Audit hesabatlığı işinin təkmilləşdirilməsi.
Əldə edilən nəticələr:
Sifarişçinin daxili nəzarət sistemləri COSO standartları əsasında qiymətləndirilmişdir.
Sifarişçinin daxili nəzarət sistemləri haqqında siyasəti mövcuddur.
Sifarişçinin Audit Komitəsinin formalaşmış və onun reqlamenti müəyyən olunmuşdur.
Sifarişçinin Daxili Audit departamenti formalaşmış və onun reqlamenti müəyyən olunmuşdur.
Daxili Audit üzrə Sifarişçinin siyasəti vardır.
Daxili auditorlar auditə hazırlıq, auditin aparılması, audit üzrə hesabatlılıq və audit tövsiyələrinin icrasına nəzarətin texnikalarını daha yaxşı bilirlər.
Müraciət formu
100 saat
İslam İslamov
Təlimçi
Təhsili
Azərbaycan Dövlət Neft Akademiyası, Mühəndis İqtisadiyyatı, Beynalxalq İqtisadi Münasibətlər və Menecment, 2003
İş təcrübəsi
2018-ci ilin aprel ayından Bank Respublika ASC-də daxili audit departamentinin direktoru
2017-ci ilin fevral ayından Bank Respublika ASC-də daxili audit departamentinin direktor müavini
2015-ci ilin fevral ayından AccessBank QSC-də daxili audit departamentində audit meneceri
2013-ci ilin iyul ayından AccessBank QSC-də daxili audit departamentində baş auditor
2011-ci ilin yanvar ayından AccessBank QSC-də daxili audit departamentində aparıcı auditor
Beynəlxalq sertifikatlar:
Daxili Audit, Daxili auditorlar İnstitutu, Moskva, 2012
Risklərin İdarə olunması, Qlobal Risk Peşəkarları Assosiasiyası, 2012
Satınalmalar sahəsində dələduzluq və onun audit olunması, BƏƏ, 2014
Xüsusi nailiyyətləri:
Azərbaycan Banklar Assosiasiyasının maliyyə-təsərrüfat fəaliyyətinin auditi (2017)
AccessBank ASC-də T24 Bank sisteminin tətbiqi ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi (2013)
AccessBank ASC-nin Natavan Plazanı alınması zamanı məsləhət xidmətlərinin göstərilməsi (2012)
Aparılan təlim mövzuları:
Daxili audit, daxili nəzarət sistemi, risklərin idarə edilməsi
Təqdim edilən məsləhət xidmətləri:
Daxili audit, daxili nəzarət sisteminin qurulması, risklərin idarə edilməsi, təşkilatın istənilən prosesinin qurulması və ya yenidən qurulması zamanı vasitəçilik (facilitator)