Xarici ticarətin maliyyələşdirilməsi (banklar üçün)

12 saat
300 AZN
Azərbaycan

Kimlər üçün nəzərdə tutulub:

Filial və şöbələrin rəhbərləri, baş mühasibləri və müştəri xidməti bölmələrinin rəhbərləri

Proqramın qısa məzmunu:

Təqdimat və ilkin test

Modul 1. Ticarətin maliyyələşməsi formaları

  • Beynəlxalq ticarət
  • Beynəlxalq ticarətdə risklər
  • Akkreditiv əməliyyatlarına tələbat

 

Modul 2. Beynəlxalq ticarət normaları

  • Beynəlxalq ticarətdə istifadə olunan sənədlər
  • İnkoterms 2010 qaydaları
  • Beynəlxalq qaydalar və müqavilələr

 

Modul 3. Akkreditivlər və onlarla əməliyyatlar

  • Akkreditivlərin tarixi və bugünkü yeri
  • UCP 600 qaydaları
  • Akkreditivlərin növləri

 

Modul 4. Akkreditiv əməliyyatlarında risklər

  • Akkreditivlərin təsdiqi və iştirakçı bankların öhdəlik və vəzifələri
  • Akkreditivlər xarici ticarət əməliyyatlarında risklərin sığortalanması vasitəsi kimi
  • UCP 600 qaydalarının tətbiqi


Yekun test

Kursun sonunda iştirakçılar aşağıdakıları biləcəklər

  • Beynəlxalq kommersiya müqavilələrinin formalarını
  • Müqavilələrin ekspertizası üzrə bank işçilərinin vəzifələrini
  • Akkreditivlərin növləri və onlarla əməliyyatları
  • Xarici ticarət əməliyyatlarında risklər və akkreditivlərdən risklərin sığortalanma aləti kimi istifadə qaydalarını
  • Akkreditivlərlə əməliyyatlar barədə yerli qanunvericiliyin tələblərini
Nigar Allahverdiyeva
Nigar Allahverdiyeva

Təlimçi

Təhsili

  • 2008, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Siyasi İdarəetmə fakültəsi Hüquqşünaslıq ixtisası
  • 2010, Azərbaycan Dövlət Neft Akademiyası, MBA

İş təcrübəsi

  • 2020-ci ildən Azərbaycan Sənaye Bankında Mərkəzi Əməliyyatlar Departamentinin Müdiri
  • 2013-2020 illərdə Azərbaycan Sənaye Bankında Xarici Ticarət və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi
  • 2008-2013 illərdə Azərbaycan Sənaye Bankında Xarici Ticarət və Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı (mütəxəssisi)

Beynəlxalq sertifikatlar:

Xüsusi nailiyyətləri:

  • 2013 – 2016, AYİB-in (EBRD) “Trade Exchange” jurnalında “Pit your wits against the experts!” rubrikasının iştirakçısı
  • 2015-ci ildən Ticarətin Maliyyələşdirilməsi, Akkreditiv və Qarantiyalar sahəsində təlimlərin aparılması

Apardığı təlim mövzuları:

  • Ticarətin Maliyyələşdirilməsi, Akkreditiv və Qarantiyalar